104
yalnız bundan sonra xalça seçiminə baş-
layırlar. Bilirsinizmi, mebeli, pərdələri
istənilən vaxt dəyişmək, digəri ilə əvəz
etmək mümkündür, lakin əllə toxun-
muş, bahalı xalçanı dəyişmək heç də
asan deyildir. Xalça evə daxil olan kimi
onun sahibinə çevrilir. Onu atmaq, sat-
maq iqtidarında deyilsiniz. Xalça evin
ruhudur. Klassik xalça alıcılarını cəlb
edən də, bax, budur. Hər bir xalçanın öz
tarixçəsi, hekayəsi var. Zənnimcə, evin
ən başlıca elementi xalçadır. Təəssüflər
olsun ki, indiyədək əl xalçası öz dəyərini
almayıb. Bu, olduqca ağır zəhmət tələb
edən işdir. Nə toxucu, nə də satıcı bu
zəhmətin müqabilini ala bilmir".
Lətif Taraşlı “Azər-İlmə”nin yaradıcı-
lıq işləri, elmi araşdırmaları ilə tanışlı-
ğından böyük məmnunluq duyduğunu
qeyd etdi:
""Azər-İlmə"nin xalçaçılığın inki­­şafı
istiqa­mə­­tin­dəki faəliy­yə­tini alqışlayı-
ram. Şirkətin elmi tədqi­qatlarının miq-
yası mə­ni sevindirir. Həqiqətən də, bir
bölgəni tədqiq etmək, onun xalçaları
1...,96,97,98,99,100,101,102,103,104,105 107,108,109,110,111,112,113,114,115,116,...148