102
Türkiyəli qonağın Bakıya səfəri məhz
Azərbaycan xalçaları ilə tanış olmaq məqsədi
daşıyır. Sənətşünas-alim xalçanı duymaq, anla-
maq üçün ona toxunmağın vacib olduğunu vur-
ğulayır.
"Azərbaycan xalçaları ilə tanışlığım jurnallar-
dan, kitablardan başlayıb. Dünyanın xalçaçı-
lıqla bağlı istənilən nəşrində Azərbaycan, türk,
İran xalçalarını görmək mümkündür. Çünki
onlar tarixən öz sözünü demiş, nüfuz qazanmış
xalçaçılıq məktəbləridir. Azərbaycana gəlincə
isə, qeyd etməliyəm ki, milli xalçalarınız milli
mədəniyyətinizin əsasını təşkil edir. Mən buna
Azərbaycana səfərim zamanı bir daha əmin ol-
dum. Zənnimcə, xalçanı anlamaq üçün ona to-
xunmaq vacibdir. Şəkillərdən isə bu təəssüratı,
enerjini almaq olmur.
Əslində, xalça sənət nümunəsi olmaqla yana-
şı, həm də təbliğat vasitəsidir. Xalça - əbədiyyət
qazanmış uğurdur. Hər hansı bir idman növü
üzrə uğur əldə etmək mümkündür; lakin bu,
müvəqqəti xarakter daşıya bilər. Müəyyən
müddət keçdikdən sonra başqaları da o uğuru
əldə edə bilərlər. Bu halda, siz də, özünüzdən
əvvəl uğur qazanmışlar kimi, ikinci plana keçər,
unudularsız. Lakin bu unutqanlıq xalçaçıya və
xalçaya şamil edilə bilməz. Xalça sizinlə birgə
yaşayır. Siz hər qonağa “bu, Azərbaycan xalça-
sıdır” deyərək təqdim etdiyiniz xalçalarla əbədi
qürur hüququ qazanmısınız. Bu səbəbdən də,
dövlətin xalçaçılıq sənətini hərtərfli dəstəkləməsi
vacibdir. Xalçaçılıq işini bir həftə ərzində təşkil
etmək mümkündür: dəzgah, ipliklər, toxucu və
çeşni... İlmə vurmağı öyrənən toxucu sonra özü
sərbəst işləyəcək və proses öz axarına düşəcək".
Lətif Taraşlı çalışdığı təhsil-mədəniyyət oca-
ğında tələbələrə klassik xalçaçılıqla yanaşı, mü-
asir dövrün tələblərinə uyğun olaraq, marketinq
faəliyyətinin sirlərini də öyrətdiklərini dedi:
"Klassik mədəni dəyərlərimizlə yanaşı, tə­lə­
bə­lərimizə bazar münasibətlərini, zövq rənga­
rəng­liklərini də öyrədirik. Çünki hər bir əl işi
satışa çıxarılmalıdır. Lakin xalçanı dəb xati­rinə
tez bir zamanda ərsəyə gətirmək də mümkün
deyil. Xalçanın ən azı altı ay sonra hazır ola-
cağını nəzərə alsaq, bu halda altı ay sonranın
dəbini də qabaqcadan müəyyənləşdirməliyik.
Klassik xalçaların, kilimlərin alıcısı çoxdur.
Onlar məqsədyönlüdürlər və nə istədiklərini
1...,94,95,96,97,98,99,100,101,102,103 105,106,107,108,109,110,111,112,113,114,...148