99
Rusiyalı jurnalist Azərbaycan xalçalarına heyranlığını gizlətmədi
Rusiyanın "Soverşenno sekretno" ("Tam məxfi") jurnalının baş direktoru Sergey Vladimiroviç
Plotnikov Bakı səfərinin təəssüratlarını bizimlə bölüşüb:
"Bu, mənim Bakıya ikinci səfərimdir. Səfərlərim zamanı Azərbaycanın Mədəniyyət və Turizm na-
ziri ilə görüşmüşəm. Ona Azərbaycanda turizmin perspektivli inkşafına dair layihə təqdim etmişik.
Biz Rusiya oxucularına Azərbaycan haqqında məlumat vermək, onları ölkənizin turizm mərkəzləri
ilə tanış etmək niyyətindəyik. Məqsədimiz sovet dönəmində buraya olan turist axınını yenidən
bərpa etməkdir. Azərbaycanda gördüklərimizdən çox məmnunuq. Bu mənada yeni fikirlərimiz,
ideyalarımız var. Mədəniyyətiniz çox zəngindir. Ən maraqlı sənət sahələrindən biri də xalçaçılıqdır.
"Azər-İlmə"də gördüklərimiz bizi heyrətləndirdi. Müasir zamanda - həyatımızın bütün sahələrinin
mexanikləşdiyi, avtomatlaşdığı bir dövrdə əllə xalça toxumaq, ipləri təbii boyaqlarla boyamaq
özü də bir fədakarlıqdır. Belə xalçaların, təbii ki, keyfiyyəti də yüksək olur. "Xalça həm də uğurlu
sərmayə qoyuluşudur", - deyənlər yanılmırlar. Maraqlı naxışları, orijinal rəngləri olan xalçalarınıza,
sözün əsl mənasında, heyran qalmışıq. Siz ənənələrinizi qoruyur, gələcək nəsillərə ötürürsünüz. Bu,
çox vacib məqamdır. Bu işin böyük gələcəyi var".
1...,91,92,93,94,95,96,97,98,99,100 102,103,104,105,106,107,108,109,110,111,...148