352
Təbriz xalçaçılıq ənənəsi böyük tarixi keçmişə, bitkin səviyyəyə
çatmış yaradıcılıq mərhələlərinə malikdir. Orta əsrlərdən başla-
yaraq mühüm ticarət yollarının bu şəhərdən keçməsi xalçaçı-
lıq sənətinə də öz təsirini göstərmişdir. Xüsusilə XVIII əsrdən
etibarən xalçaların Avropa bazarında mühüm yer tutması bu
sənətin inkişafına təkan vermiş və toxucuların yeni yaradıcı-
lıq axtarışlarına səbəb olmuşdur. Qədimdən müəyyən olun-
muş forma və naxış palitrasına yeni əlavələr – Qərbi Avropa
mədəniyyətinin izləri də daxil edilmişdir. Təbrizin xovlu yun
xalçaları özünün xüsusi rəng çaları, sakit tonları və olduqca
mürəkkəb kompozisiya quruluşu ilə böyük rəğbət qazanmışdır.
Çox sıx toxunan xalçalarda nəbati elementlər incəliklə, bütün
detalları ilə və sistemli şəkildə xalçalara həkk olunurdu.
Xalça “Əfşan“ kompozisiyası əsasında toxunmuşdur. Xalçanın
bədii quruluşu ara sahə və haşiyə zolaqlarından ibarətdir.
Açıq-yaşıl yerlikli ara sahənin əsas bəzəyi nəbati elementlər­dir.
Xalçanın ara sahəsininmərkəzində kiçik ölçülü şəkəri, göy, zoğa-
lı, qəhvəyi rənglərlə işlənmiş səkkizləçəkli gülü qəhvəyi, zoğalı,
sarı, çəhrayı, boz rəngli “anagül”lər əhatə edir. Bu güllər şəkəri
və qəhvəyi rəngli incə budaqlarla birləşərək, rombvari forma
əmələ gətirir. Bu forma mərkəzə düşdüyü üçün digər elementlər
onun ətrafında bərabər məsafələrdə təsvir edilmişdir. Təsvir
olunan elementlər bir-birinin təkrarı olub, ardıcıllıqla düzül-
müşdür. Böyük ölçülü “anagül”lər şəkəri, göy, sürməyi, zoğalı,
qəhvəyi rənglərlə tərtib edilmiş, onların arasında eyni rənglərlə
tərtib edilmiş dördləçəkli, beşləçəkli, altıləçəkli, səkkizləçəkli
güllər, şəkəri, qəhvəyi yarpaqlı budaqlar yerləşdirilmişdir. Ara
sahənin yuxarı və aşağı hissələrində “anagül” elementlərinin ya-
rısı təsvir edilmişdir.
1...,342,343,344,345,346,347,348,349,350,351 353,354,355,356,357,358,359,360,361,...362