349
Xalçanın ana haşiyəsi sumağı rənglidir. Yalnız aşağı hissənin haşiyə zolağı açıq-qəhvəyi
rənglə işlənmişdir. Ana haşiyədə stilizə edilmiş nəbati elementlər – ağac və güllər şəkəri, sarı,
açıq-yaşıl, qəhvəyi, sumağı rənglərlə təsvir edilmişdir.
Bala haşiyələr açıq-yaşıl rəngli, bəzək elementləri olan stilizə edilmiş ağaclar isə ağ, sarı və
sumağı rənglidir.
Haşiyə qurşağını təşkil edən digər bəzək zolaqları qəhvəyi və şəkəri yerlikli “mədaxil”lərdir.
Açıq-yaşıl, şəkəri, sumağı rəngli “su”lar haşiyə bəzəkləri arasında ardıcıllıq yaradaraq, ümu-
mi görünüşü daha da tamamlayır.
Xalçada şux rənglərdən daha çox istifadə edilmişdir. “Ağaclı” kompozisiyasına uyğun ola-
raq, təsvirlərin daha aydın, dəqiq və həqiqi alınması üçün rəngarəngliyə üstünlük verilmişdir.
Sumağı, sarı, şəkəri və yaşıl rənglər əsas; qara, qəhvəyi, açıq-yaşıl, çəhrayı, bənövşəyi rənglər
isə köməkçi rənglərdir. Haşiyə hissəsində rənglər bərabər paylandığı üçün heç bir rəng
digərindən irəli çıxmır.
Xalçanın yuxarı və aşağı hissələrində qəhvəyi rəngli ipək saçaqlar vardır. Xalçanın xovu, əriş
və arğacı ipəkdir. Saxlanma vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyətə malikdir.
1...,339,340,341,342,343,344,345,346,347,348 350,351,352,353,354,355,356,357,358,359,...362