348
təsviri vardır. Yuxarı hissədəki quşlar üz-üzə, aşağı hissədəki
quşlar isə arxa-arxaya təsvir edilmişdir.
Ağac şəkəri, sarı, çəhrayı, sumağı, açıq və tünd-yaşıl rəng­
lərlə işlənmiş güldanın içərisində təsvir edilmişdir. Şəkəri,
sarı, çəhrayı, sumağı, açıq və tünd-yaşıl rəngli gül və yarpaq-
larla bəzədilmiş güldanın sarı-yaşıl rəngli iki qulpu vardır.
Güldanın içərisindən xalçanın aşağı hissəsinə doğru sarı,
çəhrayı, sumağı, açıq və tünd-yaşıl rəngli gül salxımları sal-
lanır.
Ara sahənin aşağı hissəsində ağacın sağ və solunda sarı,
şəkəri, açıq və tünd-yaşıl rənglərlə işlənmiş sərv ağacı
təsvir edilmişdir. Nəbati naxışlar içərisində ən çox yayılmış
motivlərdən biri sərv ağacıdır. Sərv ağacı, həmçinin emb-
lem mahiyyətli bəzək nümunələri sırasına daxildir. Ağac çox
qədim dövrlərdən xalq arasında zənginliyin, bolluğun, ba-
harın, diriliyin nişanəsi kimi müqəddəsləşdirilmiş və digər
sənət növləri kimi xalçalarda dönə-dönə təsvir edilmişdir.
Ara sahənin yuxarı hissəsində mehrab təsviri vardır. Meh-
rabın yuxarı hissəsi yaşıl yerlikli olub, sağ və soldan mərkəzə
tərəf uzanan budaqlar şəkəri rəngli, çiçək və yarpaqlar isə
sarı, çəhrayı, sumağı, açıq və tünd-yaşıl rənglərlə tərtib edil-
mişdir. Mehrabdan yuxarıda, üfüqi istiqamətdə kənarları
açıq-qəhvəyi rəngli “mədaxil”lə haşiyələnmiş şəkəri yerlikli
dördbucaqlı yerləşdirilmişdir. Dördbucaqlının içərisi stilizə
olunmuş nəbati və həndəsi elementlərlə bəzədilmişdir. Bəzək
elementləri şəkəri, açıq-yaşıl, sumağı və bənövşəyi rənglərlə
tərtib edilmişdir.
1...,338,339,340,341,342,343,344,345,346,347 349,350,351,352,353,354,355,356,357,358,...362