347
Təbriz toxucuları yun xalçalarla yanaşı, ipək iplərlə də fərqli, olduqca ori-
jinal və nəfis görkəmli xalçalar toxuyurdular. İpək xalçaların özünəməxsus
xüsusiyyətləri toxucunun işini çətinləşdirsə də, onlar ən incə naxışları, hey-
van və bitki təsvirlərini yüksək dəqiqliklə çatdıra bilirdilər. Təbrizin rəng
koloritinə xas olan spesifik cəhətlər və yalnız buradakı ustalar tərəfindən
yaradılan naxış kompozisiyası ipək iplərin xüsusi ahəngi ilə daha da gözox-
şayan görünürdü. Ağaclı kompozisiyası Azərbaycanın bir neçə bölgəsində
toxunmuşdur. Bu kompozisiya dünya sənətşünasları və xalça biliciləri tərə­
findən yüksək dəyərləndirilir. Cənnəti, gözəl bağı xarakterizə edən ağac,
onun ətrafındakı güllər və müxtəlif quşlar xalçanın istifadəçisinə xüsu­si
əhval, xoş ovqat bəxş edir. Bu mənada istər rəng həlli, istər parlaq ipək, istər­
sə də mövzu xoş əhvalın yaranmasına xidmət edir.
Xalça “Ağaclı“ kompozisiyası əsasında tərtib edilmişdir. Xalçanın bədii qu-
ruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Azərbaycanda ağac təsvirlərinə tunc və erkən dəmir döv­rünə aid məmu­
latlarda rast gəlinir. Ağac müqəddəs məna kəsb edir; o, həyatı əks etdirir.
Tünd-sumağı rəngli ara sahədə şaquli istiqamətdə şəkəri rəngli ağac təsviri
verilmişdir. Ağacın çoxşaxəli budaqları, rəngarəng çiçəkləri və yarpaqları
vardır. Budaqlar qara, şəkəri, açıq-yaşıl və açıq-mavi rənglərlə, üçləçəkli, al­
tı­ləçəkli, onikiləçəkli dairəvi güllər sarı, şəkəri, sumağı, qəhvəyi, qara, açıq
və tünd-yaşıl rənglərlə, yarpaqlar isə şəkəri, sarı, sumağı, qara, açıq və tünd-
yaşıl rənglərlə tər­tib edilib. Ağacın yuxarı hissəsindəki səkkizləçəkli gül təs­
virləri çox aydın nəzərə çarpır.
Ağacın budaqlarına ara sahənin sağ və sol hissələrində təsvir olunmuş
yarımçıq ağacların budaqları qovuşur. Yarımçıq ağacların da gövdəsi, bu-
daqları, gülləri və yarpaqları mərkəzdəki böyük ölçülü ağacın rəngləri ilə
eynidir. Yarımçıq ağacların mərkəzə tərəf uzanan budaqlarında qanad çalan
bir cüt quş təsvir edilmişdir. Quşlar xalçanın kompozisiyasına uyğun olaraq,
şəkəri, sumağı, qəhvəyi, qara və açıq-yaşıl rənglərlə tərtib edilmişdir. Onlar-
dan aşağıda isə şəkəri, sumağı və açıq-yaşıl rənglərlə işlənmiş daha iki quş
1...,337,338,339,340,341,342,343,344,345,346 348,349,350,351,352,353,354,355,356,357,...362