345
Xalçanın sürməyi yerlikli ana haşiyəsi qırmızı-ağ-sürməyi-qəh­
vəyi və şəkəri-qırmızı-yaşıl-qəhvəyi rəngli böyük ölçülü güllərlə
bəzədilmişdir. Gülləri isə qırmızı-ağ-yaşıl-qəhvəyi rəng­lərlə işlən­
miş budaqlar əhatə edir. Haşiyənin künclərindəki güllər yarımçıq
formalıdır.
Ana haşiyəsini içərisində sürməyi-qırmızı, sürməyi-ağ, sürməyi-
mavi rəngli çiçəklərlə və qırmızı rəngli kiçik ölçülü üçbucaq-
larla bəzədilmiş, ağ yerlikli bala haşiyələr əhatə edir. Xarici bala
haşiyəni isə sürməyi rəngli “su”lar və qırmızı, narıncı rəngli “dilik-
li” mədaxil əhatə edir. Diliklərin kənarları sürməyi rəngli “su”larla
tamamlanır.
“Dilikli” elementləri Mingəçevirdə tapılmış, e. ə. VI-I əsrlərə aid
edilən zinət əşyaları üzərində də müşahidə olunur.
Xalçada sürməyi, qırmızı, şəkəri, narıncı, ağ, mavi, yaşıl, açıq və
tünd-qəhvəyi olmaqla doqquz rəng çalarından istifadə edilmiş­dir.
Qırmızı və sürməyi rənglər daha çox, qalan rənglər isə nisbətən
az işlədilmişdir. Rənglər mürəkkəb şəkildə paylaşdırılmış, rəng
zənginliyi xalçanın bədii keyfiyyətini yüksəltmişdir. Fonun apa-
rıcı rol oynayan sürməyi rənginin enerjisi digər açıq rənglərlə
sakitləşdirilmişdir. Bununla da xalçanın rəng çalarlarının seçil­
məsində sərbəstlik müşahidə olunur.
Təbriz qrupuna aid olan xalçalar üçün səciyyəvi xüsu­siyyətlər bu
xalçada da öz əksini tapmışdır.
Xalça bədii, tarixi əhəmiyyət kəsb edir. Saxlanma və­ziy­yəti əladır.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
1...,335,336,337,338,339,340,341,342,343,344 346,347,348,349,350,351,352,353,354,355,...362