343
Az sayda rənglərdən istifadə olunması və onların uyğunluğu bu tip xalçalara xüsusi görü-
nüş verir. Ümumiyyətlə, “balıq” kompozisiyasındakı “cənnət gülü” və balıqlar həyatın yaranı-
şı kimi yozulduğundan, bu mövzu müxtəlif xalçalarda işlədilmişdir. Belə naxış-kompozisiya
həllinə Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Qarabağın kəndlərində çox rast gəlinir.
Xalça “Balıq“ və “Turunclu“ kompozisiyaları əsasında toxunmuşdur. Xalçanın bədii quruluşu
ara sahə və haşiyə hissəsindən ibarətdir.
“Balıq” kompozisiyası Təbriz xalçaçıları arasında çox geniş yayılmışdır. “Balıq” xalçaları-
nın özünəməxsus və sərbəst kompozisiyası yoxdur. Bu tipli xalçalar “Əfşan” kompozisiyası
əsasında qurulmuşdur. Fərqli cəhəti ondan ibarətdir ki, “Əfşan” xalçalarının əksinə olaraq, “Ba-
lıq” xalçasının kompozisiyasını kiçik məsafəli rapportlar təşkil edir.
Sürməyi yerlikli ara sahədə qırmızı rəngli, kənarları dilikli yarpaqlar vardır.Yarpaqların
baş tərəfində “ox”şəkilli xırda elementlər işlənib. “Ox”lar elementin düzülüşündən asılı
olaraq sağa, sola və xalçanın mərkəzinə tərəf istiqamətlənib. Xalçada təsvir edilən bu
yarpaqlar balığa bənzədiyi üçün toxucular bu elementləri “balıq” adlandırmışlar.
Bu tipli “balıq” motivləri Quba qrupunun “Herat-Pirəbədil”, Qarabağ qrupu-
nun “Balıq”, Bakı və Təbriz qrupunun “Əfşan” xalçalarında da vardır. Ara sahə
şəkəri-sürməyi-qırmızı, yaşıl-qırmızı-şəkəri rəngli səkkizləçəkli və şəkəri-
qırmızı rəngli dördləçəkli, şəkəri-qırmızı-sürməyi rəngli yarımçıq formalı
dördləçəkli güllərlə doldurulub.
Ara sahədə içərisində yaşıl-şəkəri-qırmızı ləçəkli gül yerləşən on kiçik
ölçülü, rombşəkilli element təsvir edilmişdir. Romb da öz növbəsində
dörd tərəfdən içərisində sürməyi və qırmızı rəngli “dörd ünsür”
elementləri işlənmiş kiçik romblarla tamamlanır.
Ara sahənin künclərində dörd qırmızı yerlikli üçbucaq-
lı yarımçıq göllər yerləşdirilmişdir ki, bu da xalçanın bədii
əhəmiyyətini artırır. Bu yarımçıq gölləri birləşdirdikdə
böyük ölçülü bütöv göl forması alınır. Xalçanın yuxarı
hissəsinin künclərindəki yarımçıq göllərin içərisindəki
elementlər aşağı hissənin künclərindəki yarımçıq
göllərin içərisindəki elementlərdən fərqlidir.
Yuxarı künclərdəki üçbucaqların içərisi “balıq”,
şəkəri-sürməyi-qırmızı rəngli sək­kiz­ləçəkli,
ağ-sürməyi rəngli üçləçəkli, qırmızı-
sürməyi rəngli dördləçəkli kiçik güllərlə,
1...,333,334,335,336,337,338,339,340,341,342 344,345,346,347,348,349,350,351,352,353,...362