98
Xalçanın yuxarı hissəsində sol tərəfdə h. 1292 tarixi vardır. Bu kili­
min əsas bəzəyini rapport əsasında qurulan kompozisiya təşkil edir.
Rapportların dəfələrlə təkrarı əsasında tərtib edilən bu kompozisiya
tipində ara sahədə kompozisiyamərkəzi yoxdur. Rapportlara bölünmüş
bu hissələrdə İrəvan kilimləri üçün səciyyəvi olan “kilimgülü” adlanan
elementlər təsvir edilmişdir. Bu elementlər “qarmaqlı” elementlər ad­la­
nır. İrəvan xalçaları üçün səciyyəvi olan “qarmaqlı” elementlərinə Qa­
zax və Qarabağ qrupuna daxil olan kilimlərdə də rast gəlinir.
Rapportlara ayrılmış yaşıl yerlikdəki boşluqlar qırmızı rəngli,
qırmızı yerlikli boşluqlar isə sürməyi rəngli üz-üzə dayanmış quşu
xatırladan qarmaqvari elementlərlə doldurulmuşdur. Xalçanın kom­
pozisiya quruluşuna uyğun ölçüsü xalça boyu motivlərin rənglərinin
ardıcıllıqla dəyişdirilməsinə, orna­men­tal dekorasiyanın orijinallıqla
tərtib edilməsinə imkan yaratmışdır. Xalçanın haşiyə hissəsində toxu­
cular arasında “mollabaşı” adlandırılan mo­tivlər təsvir edilmişdir.
Bu motivlər sürməyi, mavi, qırmızı və yaşıl rənglərlə işlənmişdir.
Xal­çanın ara haşiyəsi daxildən sağ və sol hissədə dilikli xətlərlə əha­
tə olunmuşdur. Xalçanın sağ və solunda ağ yerlikdə, baş və ayaq his­
sə­sində qırmızı yerlikdə təsvir edilən bu elementlərin rəngi ardıcıl
olaraq dəyişdirilərək çox baxımlı rəng düzümü, parlaq rəng qamması
yaradılmışdır. Ara sahədə rapportları bir-birindən ayıran ensiz zo­
laq­ların içərisində yarımçıq formalı “kilimgülü” adlanan klassik ele­
mentlər, sürməyi, sarı, mavi, zoğalı və yaşıl rəngli “burma” adlanan
ele­mentlər təsvir edilmişdir. Ensiz zolaqların kənarlarındakı boşluqlar
“mollabaşı” elementləri ilə doldurulmuşdur. Şux rəngə malik olan bu
kili­min ara sahəsindəki motivlərdə işlədilən rənglər haşiyə hissəsindəki
motivlərdə də təkrarlanır. Parlaqkontrastlı rənglərinqanunauyğunluqla
və peşəkarlıqla uzlaşmasından çox baxımlı bir rəng düzümü tərtib
edilmişdir.
1...,90,91,92,93,94,95,96,97,98,99 101,102,103,104,105,106,107,108,109,110,...116