3
yaratmışdır. Bu ərazidə zaman keçdikcə Azərbaycanın
Şirvan, Muğan, Şəki, Qarabağ, Naxçıvan, İrəvan və b.
tarixi-coğrafi bölgələri təşəkkül tapmışdır. Rusiya ilə
İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay
(1828) müqavilələri ilə tarixi Azərbaycan torpaqları iki
imperiya arasında bölüşdürülmüşdür. Bundan son­ra
tarixi Azərbaycan torpaqları ilə bağlı Şimali Azər­bay­
can (Rusiya və ya Sovet Azərbaycanı) və Cənubi Azər­
baycan (İran Azərbaycanı) kimi siyasi-coğrafi məf­hum­
lar yaranmışdır. Türkmənçay müqaviləsindən dər­hal
sonra Rusiya imperiyası Şimali Azərbaycanın qərb tor­
paqlarının erməniləşdirilməsi siyasətini həyata keçir­miş­
dir. Nəticədə Şimali Azərbaycanın qərb torpaqların­da
- keçmiş İrəvan xanlığının ərazisində Cənubi Qaf­qazda
ilk dəfə olaraq erməni dövləti yaradılmışdır. Məhz bu
prosesin gedişində Azərbaycanın Ermənistan Res­pub­
likası yaradılmış tarixi-coğrafi ərazisi ilə bağlı daha bir
coğrafi-siyasi anlayış - Qərbi Azərbaycan (İrəvan böl­
gəsi) anlayışı yaranmışdır.
İrəvanda Göy məscid. 1760-cı il.
Rəssam: Dübua de Monpere (XIX əsr)
1,2,3,4 6,7,8,9,10,11,12,13,14,15,...116