4
Tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyaların
ayaq açıb yeriməyə başladığı Xəzər-Aralıq dənizi - İran
körfəzi regionuna daxil idi. Azərbaycan xalqının tə­şək­
külündə iştirak etmiş qədim etnoslar bu regionda ya­ran­mış
qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mə­də­
niyyətinin formalaşmasında, həmçinin bütövlükdə Yaxın
və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik
tarixində çox mühüm rol
oynamışlar. Bunu Azər­
baycanda
xaricdə
apa­rılan elmi axtarışlar,
xü­susən də arxeoloji qa­
zın­tılar çox aydın sübut
edir.
Azərbaycan ərazisi bu
diyarındünyanınənqədim
in­san məskənlərindən bi­ri
olduğunu sübut edən ar­
xeoloji abidələrlə son də­
rəcə zəngindir. Azıx, Tağ­
lar, Damcılı, Daş­sa­lahlı,
Qazma
ma­ğa­ra­la­rında,
habelə başqa abi­də­lərdə
aşkar olunan ar­xeoloji
tapıntılar, o cüm­lədən 300-
400 min il bundan əvvəl
yaşamış Aşöl dövrünə aid qədim in­sanın - Azıx adamının
(Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai in­san­ların
formalaşdıqları əra­ziyə daxil olduğunu sü­but edir.
Dünyanın ən qədim in­san məskənlərindən biri olan
Azərbaycanın əhalisi hə­lə qədim daş dövründən (paleolit)
başlayaraq yüksək mə­dəniyyət yaratmışdır. Orta daş dövrü
(mezolit) və yeni daş dövrlərində (neolit) Azərbaycan
əhalisi oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif
sənət sahələri ilə məş­ğul olmağa başlamışdır.
Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi
mədəniyyət nümunələri, xüsusilə taxıl qalıqları, əkinçiliklə
bağlı əmək alətləri və məişət avadanlığı, müxtəlif növ sə­
nətkarlıq məhsulları Azərbaycan xalqının dünyanın ən qə­
dim oturaq mədəniyyət yaratmış xalqlarından biri ol­du­ğu­
nu göstərir.
Azərbaycan xalqı, eyni
zamanda dünyanın ən qə­
dim
döv­lətçilik
ənə­nə­
lə­rinə malik olan xalq­la­
rındandır.
Azərbaycan
xal­qı təqribən beş min illik
döv­lətçilik tarixinə malik­
dir. Azərbaycan ərazisində
ilk dövlət qurumları və ya
etnik-siyasi birliklər hə­lə
eramızdan əvvəl IV mi­nil­
liyin sonu-III minilliyin əv­
vəllərində yaranmışdı. Bu­
ra­da meydana gəlmiş ən
qə­dimAzərbaycan dövlətləri
büt­ün regionun hərbi-si­ya­
si tarixində mühüm rol oy­
nayırdılar. Həmin dövrdə
Azər­baycanla Dəclə və Fə­rat
vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş
qədim Şumer, Ak­kad və Aşşur (Assuriya) döv­lətləri, habelə
Kiçik Asi­ya­dakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr
vardı.
Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyə­
ti daha da yüksəlmiş, ölkə ərazisində daha təkmil və daha
geniş əraziləri əhatə edən yeni dövlətlər yaranmışdır.
Azərbaycan dövlətçİlİyİ tarİxİndə İrəvan bölgəsİ
İrəvan bölgəsi qədim zamanlardan
XVIII əsrin 40-cı illərinədək
Qədim türk məbədi Gərni sarayı.
Bizans üslubunda Taxti Tiridat adı ilə tanınan çoxallahlıq
məbədi. E.ə. I əsrdə Ərmən hökmdarı I Tiridat tərəfindən
tikilmiş və XIV əsrdə Hülaki xan tərəfindən bərpa edilib.
Daş tikilisinin qalıqları. E.ə. II minillik.
Zəngəzur mahalı, Sisyan, Qoşundaş.
İrəvanın tarixi
1,2,3,4,5 7,8,9,10,11,12,13,14,15,16,...116