6
rol oynayırdı. Türk etnosları Azərbaycan dövlətçiliyinin və
ölkənin müstəqillik ənənələrinin qorunub saxlanmasında
da aparıcı rol oynayırdılar.
VII əsrdə islam dininin qəbul olunması ilə Azərbayca­nın
tarixi müqəddəratında əsaslı dönüş yarandı.
İslam dini vahid xalqın təşəkkülünə güclü təkan verdi,
bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk
və qeyri-türk etnosları arasında dini birliyin yaranması
on­ların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-
ənə­nələrin təşəkkülünə, qaynayıb-qarışma prosesinin daha
da dərinləşməsinə səbəb oldu.
Bununla belə, təkallahlı dinlərə sitayiş edənləri müsəl­
man­laşdırmaq islamın prinsiplərinə zidd olduğu üçün
ərəb işğalları dövründə Albaniyanın xristian əhalisi islam
di­ninin təsir dairəsindən kənarda qaldı. Beləliklə, ölkədə
di­ni ayrılıq baş verdi: çoxluq təşkil edən və ölkənin bütün
ərazisinə yayılmış olan türk-müsəlman əhali, o cümlədən
islam dinini qəbul etmiş albanlar; bir də azlıq təşkil edən
və əsasən, Şimali Azərbaycanın qərb bölgələrində yaşayan
xris­tian əhali, o cümlədən islam dinini qəbul etməmiş al­
banlar.
Xilafət dağıldıqdan sonra - IX əsrin
ortalarından Azərbaycanın
qədim
döv­lətçilik ənənələri yenidən dirçəldi.
Azər­baycanda yeni siyasi dirçəliş baş­
lan­dı: islam dininin yayılmış olduğu
Azərbaycan torpaqlarında Sacilər, Şir­
vanşahlar, Salarilər, Rəvvadilər, Şəd­da­
dilər dövlətləri yarandı.
Bəhs olunan dövrdə Azərbaycanın
şimal-qərbində-islamın sərhəd şəhəri
olan Tiflisə qədərki Azərbaycan tor­
paq­larında isə Şəki dövləti meydana
gəldi. Şəki hakimləri Albaniya hökm­
darı titulunu daşıyır və Albaniya döv­
lə­tinin varisləri kimi çıxış edirdilər. Şə­
kidən qərbdə paytaxtı Tiflis olan daha
bir müsəlman dövləti - Tiflis müsəlman
əmirliyi də vardı.
Müstəqil dövlətlərin yaranması nə­
ticəsində siyasi, iqtisadi və mədəni
hə­yatın bütün sahələrində oyanış baş
ver­məkdə idi. Azərbaycan tarixinin İn­
tibah dövrü başlanırdı.
IX əsrin 70-ci illərinin sonlarından
başlayaraq yarım əsrdən çox davam
edən bir tarixi dövr ərzində (879-941)
Azərbaycan torpaqlarının hamısının
vahid Azərbaycan türk dövlətinin -
Sacilər dövlətinin tərkibində olması
bü­tün ölkə miqyasında iqtisadi və mə­
dəni əlaqələrin daha da dərin­ləş­mə­
sinə, etnik fərqlərin aradan qalx­ma­sı
və vahid Azərbaycan türk xal­qı­nın
formalaşması prosesinin daha da sü­
rət­lənməsinə müsbət təsir göstərdi.
Sacilər dövləti özünün ən qüdrət­li
çağ­larında Zəncandan Dərbəndə, Xə­
zər sahillərindən Ani və Dəbil şə­hər­
lərinə qədər geniş əraziləri əhatə edir­
di. Bütün Azərbaycan torpaqları Sa­cilər
dövlətinin tərkibinə daxil idi.
Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatı­
nın şah əsəri olan “Kitabi-Dədə Qorqud” dastanları, demək
olar ki, bütün Azərbaycan torpaqlarında yayıldı.
XI əsrdə bu torpaqlar səlcuqlar tərəfindən tutulmuş­du.
Səlcuq dövləti zəiflədikdə Azərbaycanda yeni bir dövlət-
Ata­bəylər (Eldənizlər) dövləti (1136-1225) meydana gəl­
mişdi. Qərbi Azərbaycan bu dövlətin tərkibinə daxil idi.
Qərbi Azərbaycan torpaqları monqol hakimiyyəti döv­
ründə (XIII-XIV əsrlərin ortaları) və XIV əsrin II yarısı və
XV əsrin əvvəllərində inzibati cəhətdən Arran əyaləti və Şə­
rur vilayətinə daxil idi.
XV əsrin əvvəllərində yaranmış Qaraqoyunlu dövləti
(1410-1468) inzibati-ərazi bölgüsündə müəyyən dəyişiklik
edir. Qərbi Azərbaycanın şimal-qərb hissəsi Qarabağ, cə­
nub qərb hissəsi isə yeni təşkil edilmiş Çuxursəd əyalətinin
tər­kibində daxil olur. Bu zamandan başlayaraq ta İrəvan
xanlığının Rusiya imperiyası tərəfindən işğalınadək Çu­
xur­sədin, sonralar isə İrəvan xanlığını idarə edən türk-mü­
səlman hakimlərin adları da məlumdur. Qaraqoyunlular
dövründə əyaləti Əmir Səəd (XIV əsrin axırı - 1410), onun
oğlu Pir Hüseyn (1410-1420), Pir Hüseynin oğlanları Pir
Daş tikilisinin qalıqları. E.ə. II minillik.
Zəngəzur mahalı, Sisyan, Qoşundaş.
1,2,3,4,5,6,7 9,10,11,12,13,14,15,16,17,18,...116