10
İrəvan xanlığı
Qərbi Azərbaycanda ilk müstəqil
Azərbaycan dövləti
İrəvan əyaləti və Naxçıvan sancağı.
1728-ci il.
İrəvan xanı
Həsən xan Qacar.
1827-ci il.
Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın dövlət ida­
rəçiliyi tarixində mühüm rol oynamış məşhur Qacarlar adlanan türk
sü­laləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik sis­
temi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əha­
li­nin məişət mədəniyyəti Azərbaycanın min illər boyunca davam et­
miş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi. İrəvan
xanlığı öz inkişaf xüsusiyyətlərinə görə həmin dövrdə mövcud olmuş
digər Azərbaycan xanlıqlarından heç nə ilə fərqlənmirdi.
İrəvan xanlığının ərazisində tarix boyu Azərbaycan xalqına məxsus
çoxsaylı yaşayış məskənləri - kəndlər, şəhərlər salınmış, minlərlə tarixi
abidələr - qalalar, məscidlər, minarələr ucaldılmış, karvansaralar, ha­
mamlar inşa olunmuşdu. Bölgədəki bütün yer adları - toponimlər Azər­
baycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni
mən­bələri də təsdiq edir. Xanlığın ərazisində saysız-hesabsız qədim
oğuz-türk qəbiristanları və bu qəbiristanlarda Azərbaycan xalqına
məx­sus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardı. Bütün
bunlar Azərbaycan xalqının maddi mədəniyyət möhürləri idi…
İrəvan xanlığı Ağrıdağ düzənliyi, Göyçə gölü hövzəsi və Araz ça­
yından cənub-qərbə doğru uzanan Qərbi Azərbaycan torpaqlarını əha­tə
edirdi. Azərbaycanın şimal-qərbində yerləşən bu xanlıq paytaxtı İrəvan
şəhəri olmaqla inzibati cəhətdən 15 mahala bölünür­dü: Qırxbulaq,
Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Də­rəkənd, Saatlı,
Talın, Seyidli-Axsaxlı, Sərdarabad, Karpi, Abaran, Də­rəçiçək, Gö­yçə.
İrəvan xanlığı 1747-1828-ci illərdə müstəqil dövlət kimi Azərbaycan
bə (1603-1612) nəticəsində İrəvan əyaləti­ni geri ala bildi.
Səfəvilər 1723-1728-ci illər müharibəsi zamanı yenidən
İrəvan əyalətini osmanlılara güzəştə getməli oldu. Osmanlı
dövləti 1728-ci ildə də İrəvan əyalətində “müfəssəl dəftər”
tərtib etdi. İrəvan əyalətinin bu “müfəssəl dəftəri” də
əyalət haqqında ən mü­hüm mənbələrdəndir.
Səfəvilər dövlətinin zəiflədiyi şəraitdə böyük Azər­
baycan sərkərdəsi Nadir xan Əfşarın mövqeyinin yüksəli­
şi ilə İrəvan əyaləti osmanlılardan geri qaytarıldı. Osman­
lı qoşunları 1735-ci ilin oktyabrında İrəvan qalasını tərk
etdilər. 1736-cı ildə Nadir xan Muğanda özünü şah
elan etdi. İrəvan bölgəsi Nadir şah Əfşar imperiyasının
tərkibinə daxil oldu.
1747-ci ilin iyununda Nadir şahın öldürülməsindən
son­ra Azərbaycan torpaqlarında, o cümlədən İrəvanda
müstəqil dövlət qurumları - xanlıqlar yarandı.
1...,2,3,4,5,6,7,8,9,10,11 13,14,15,16,17,18,19,20,21,22,...116