5
Qədim insan məskəni olan mağaralar.
Zəngəzur mahalı, Gorus.
Azərbaycan.
E.ə. IV-III əsrlər.
Azərbaycan xalçaları / İrəvan QRUPU
Eramızdan əvvəl I minillikdə-bizim eranın I mi­
nilliyinin əvvəllərində Azərbaycan torpaqlarında
Man­na, İskit (Skit, Skif)və Massaget şahlıqları, At­ro­
patena və Albaniya kimi qüvvətli dövlətlər mövcud
olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət ida­
rə­çiliyi mədəniyyətinin daha da yüksəlməsində, öl­
kənin iqtisadi-mədəni, etnik-siyasi tarixində, eləcə
də vahid xalqın təşəkkülü prosesində mühüm rol
oynamışlar.
Eramızın əvvəllərində Azərbaycan öz tarixinin
ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsr­
də ölkəni Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb
xilafəti işğal etdi. Təqribən 600 il davam etmiş İran
və ərəb zülmü Azərbaycanın qədim dövlətçilik ənə­
nələrini məhv edə bilmədi. Dözülməz işğal rejimi və
təqiblər şəraitində Azərbaycan xalqının təşəkkülü
prosesi davam etdi. Bu dövrdə Azərbaycan tor­
paq­larında vahid dini görüş - qədim türklərin baş
Allahı olan Tanrıya sitayiş yayılmağa başladı. La­
kin təkallahlı dini görüş-Tanrıçılıq hələ başqa di­ni
görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bil­mə­
mişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Gö­
yə, ulduzlara, torpağa, suya və s. sitayiş davam et­
mək­də idi. Ölkənin şimalında - Albaniya ərazisinin
bəzi yerlərində, əsasən, dağlıq qərb bölgələrində isə
xristianlıq yayılmaqda idi. Bu mürəkkəb tarixi şə­
raitdə güclü və aparıcı hərbi-siyasi qüvvəyə çevrilən
çoxsaylı türk etnosları Azərbaycan dövlətçiliyinin
əsas daşıyıcıları idilər. Hələ vahid təkallahlı dinin ol­
madığı bir dövrdə məhz türk etnosları və türk dili,
şimallı-cənublu, bütün ölkə ərazisində birləşdirici
Ərbiuni qalası.
e.ə. 782-ci ildə qədim türk hökmdarı
I Argişti tərəfindən tikilmişdir. Zəngibasar mahalı.
1,2,3,4,5,6 8,9,10,11,12,13,14,15,16,17,...116