4
«Naxçıvan» sözünün mənşəyini alim­
lər müx­təlif cür izah edirlər. Xalq eti­mo­
lo­gi­ya­­sına və mötəbər tari­xi qaynaqlara
görə, «Nax­çıvan» «Nəqş-i cahan», yəni
«dünyanın na­­xışı», «dünyanın bəzəyi»
söz­lərin­dən ya­ran­mışdır.
1
Xalq arasında
geniş yayılmış di­gər bir rəvayətə görə,
«Nax­çıvan» toponimi Nuh peyğəmbərlə,
daha doğrusu, «dünya tu­fanı» ilə bağ­lı
olub, «Nuhçuvan» ‒ «Nuh tə­rəfdarlarının
məs­kəni» mənasını verir. Nax­çıvan ya­xın­
lı­ğında də­niz səviyyəsindən 3725 m yük­
sək­likdə yer­ləşən «Gəmiqaya» adlı qə­dim
ya­şayış məs­kəni və həmin yaşayış məs­kə­
nin­də «Nə­bi yurdu» («Peyğəmbər yurdu»)
ad­la­nan çox qədim bir qəbiristanlıq aşkar
olun­­muşdur. Nuh peyğəmbərin qəbri isə
Nax­­çıvan şəhərinin özün­dədir (Naxçıvan
MR Ali Məclisinin Sədri 2006-cı il iyu­
nun 28-də «Nuh peyğəmbərin Naxçıvan
şə­hərindəki mə­­zarüstü türbəsinin bərpa
edilməsi haq­­qın­da» sərəncam qəbul et­
mişdir. ‒ Y.M., İ.H., K.Ş.). Ümu­miy­yətlə,
Naxçıvanın yerli əhalisi arasında qədim
abidələr və əntiq mallarla bağlı ola­raq
«Nuh Nəbidən qal­ma» («Nuh pey­ğəm­
bərdən qalma») ifa­də­si çox işlədilir.
«Nax­çıvan» sözü «Nakçuana / Naxçuan»
«mö­­cüzəli və ya yaxşı sular diyarı», ya­
xud «mü­alicəvi mineral sular ölkəsi» kimi
də izah olunur
2
.
Gəmiqaya, qayaüstü təsvirlər. E.ə. IV-I minilliklər.
Ordubad.
1,2,3,4,5 7,8,9,10,11,12,13,14,15,16,...84