6
Eramızın III yüzilliyində İran Sasani dövləti
(224 ‒ 651-ci illər) güclənməyə başladı. Region-
da üstünlüyü ələ keçirmək üçün Sasani, Roma,
sonra isə Bizans imperiyaları arasında dağıdıcı
mü­haribələr baş verdi. Bu, Naxçıvan diyarına
da ağır zərbələr vurdu. Lakin çox keçmədən
hər­bi-strateji mövqeyi və ticarət yollarının üs­
tündə yerləşməsi Naxçıvanın inkişafına ye­
nidən güclü təkan verdi. Bəzi məlumatlara
gö­rə ilk orta əsrlərdə Naxçıvan şəhərində 30
mi­nə qədər ev və 150 min əhali vardı. Sasa-
ni canişinlərinin (mərzbanlarının) iqamətgahı
mü­əyyən dövrlərdə burada yerləşirdi. Azər­
bay­canın qədim zərbxanalarından biri olan
Gi­lan zərbxanası (Ordubad rayonu) Naxçıvan­
da yerləşirdi. Burada «naxç» işarəsilə Sasani
sikkələri zərb olunmuşdur
6
. Sasa­nilərin ha­ki­
miy­yətinin zəifləməsi şəraitində Azər­bay­can
döv­lətçiliyinin bərpası Naxçıvanın inkişafına
müs­bət təsir göstərdi.
Bu dövrə aid sikkələr (V ‒ VI əsrlər), Albani­
ya hökmdarı Cavanşirin (638 ‒ 680/81) statuet­
kası (SPb, Ermitaj), qrifon (Culfa rayonu), Bi­ləv
qalası, Dəmirlər, Xarabagilan (Ordubad ra­yonu),
Dəlmə (Şahbuz rayonu) və b. yaşayış məs­kən­
lərindən əldə edilmiş zəngin arxeoloji ma­te­rial­
lar tərəqqidən xəbər verir.
Ərəb işğalları dövründə (VII ‒ VIII əsrlər)
başqa Azərbaycan torpaqları kimi Naxçıvan da
Ərəb Xilafətinin tərkibinə daxil edildi
7
. Ərəb
sərkərdəsi Həbib ibn Məsləmə Naxçıvan şə­
hərini ələ keçirərkən şəhər əhalisi qarşısında
go­türdüyü öhdəliklər barədə xüsusi müqavilə
im­zaladı
8
.
İslam dininin yayılması, geniş ərazili Ərəb Xi­
lafətinə daxil olan ölkələrlə qarşılıqlı əlaqələ­
rin genişlənməsi Azərbaycanın, o cümlədən də
Nax­çıvanın inkişafına müsbət təsir göstərdi. Bu­
nun­la belə, yadelli əsarətini qəbul etməyənAzər­
bay­can xalqı ərəblərin işğalçılıq siyasətinə qarşı
azadlıq mübarizəsinə qalxdı. Babəkin başçılıq
etdiyi azadlıq müharibəsinin (816 ‒ 837) əsas
mər­kəzlərindən biri də Naxçıvan oldu
9
. Ərəb
mən­bələrində bütövlükdə Azərbaycan haqqın-
da, o cümlədən də Naxçıvan barədə məlumatlar
daha da artdı. Əl-Bəlazuri, İbn Xordadbeh, əl-
Müqəddəsi, əl-İstəxri, əl-Biruni, Yaqut Həməvi
və b. görkəmli tarixçilər, coğrafıyaşünaslar Nax-
çıvandan geniş bəhs edirlər.
Naxçıvanın bütün islam dünyasında məşhur
olmasının ən parlaq faktlarından biri də budur
ki, buradakı Tanrıçılığa məxsus olan qədim
Əshabi-Kəhf («Mağara sahibləri») abidəsi Qu­ra­
ni-Kərimin 18-ci surəsi olan əl-Kəhf («Mağara»)
surəsinin 9-26-cı ayələrində əks olunmuşdur. Bu
ayələrdə Allahdan başqasına inananlardan ay-
rılıb mağaraya sığınan gənclərdən, onların 300
ildən çox yuxuya qalmasından və oyandıqdan
sonra başlarına gələnlərdən söz açılır
10
. Əshabi-
Kəhf Naxçıvanın şöhrətini daha da artırdı, bu
Əshabi-Kəhf ziyarətgahı. Culfa.
NaxçıvanAtropatena və Sasanilər dövründə (IV
VII əsrlər).
Qaynaq: Azərbaycan Respublikası Naxçıvan tarixi atlası.
Bakı, 2010, s. 18
Xəritə 1.
1,2,3,4,5,6,7 9,10,11,12,13,14,15,16,17,18,...84