9
dir). 14 illik qəhrəmanlıq mübarizəsindən sonra Əlincə
qalası da daxili çəkişmələr nəticəsində süquta uğradı. Bu
hadisədən bir müddət sonra Teymur Təbrizdən Naxçıva-
na gəlib, Əlincə qalasının başına çıxaraq onu seyr etmiş,
qalanın əzəməti onu heyran qoymuşdu
18
.
XIII ‒ XIV yüzillərdəki tarixi şəraitin mürəkkəbliyinə
baxmayaraq, Naxçıvan sosial-iqtisadi vəmədəni cəhətdən
inkişaf etməkdə idi. Kənd təsərrüfatı, sənətkarlıq və tica­
rət sahəsində mühüm irəliləyiş nəzərə çarpırdı. Hə­min
dövrdə Naxçıvan, Ordubad, Culfa şəhərləri Azər­bay­ca­nın
şəhər həyatında mühüm yer tuturdu. Naxçıvanda gör­
kəmli dövlət, elm və mədəniyyət xadimləri fəaliyyət gös­
tərirdi.
Əslən naxçıvanlı olan görkəmli Azərbaycan alimi
Nəsirəddin Tusi dünyanın elm korifeyləri sırasında layiq-
li yer tutmuş dahi Azərbaycan alimi idi.
19
Səncər ibn Abdulla ən-Naxçıvaninin oğlu Hinduşah
Naxçıvani (1245 ‒ 1328), nəvəsi Məhəmməd ibn Hindu-
şah Naxçıvani (1295 ‒ 1376), nəticəsi Kəmaləddin ibn
Məhəmməd Naxçıvani Azərbaycanın elm tarixində layiqli
yer tuturlar. Hinduşah Naxçıvani görkəmli tarixçi, dilçi,
filosof, dərin və hərtərəfli ensiklopedik biliyə malik olan
alim və dövlət xadimi idi. Onun oğlu Məhəmməd də ata-
sının yolunu davam etdirmişdir. Məhəmməd ibn Hindu-
şah Naxçıvaninin dövrümüzədək iki qiymətli əsəri gəlib
çatmışdır.
Səncər ibn Abdullanın digər oğlu Seyfəddövlə Naxçı-
vani Elxanilər dövründə yüksək dövlət vəzifəsi tutmuş,
qardaşı Hinduşahın elmi inkişafında mühüm rol oyna-
mışdır
20
.
Görkəmli filosof Nəcməddin Naxçıvani, alim, mütə­fək­
kir Həsən Naxçıvani, həkim, sufi Kəmaləddin Naxçıva-
ni, məşhur vəkil Qəvaməddin Naxçıvani və b. da Azər­
baycanın elm və mədəniyyət tarixində dərin iz qoymuş-
lar.
XIII ‒ XIV əsrlərdə Naxçıvan memarlıq məktəbi də öz
əvvəlki ənənələrini uğurla davam etdirmişdir. Bu sa­
hədə Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvaninin, memar
Cəmaləddin Naxçıvaninin və başqalarının böyük xid­
mətləri olmuşdur. Əhməd ibn Əyyub əl-Hafız Naxçı-
vani Bərdə türbəsinin (1322) və Qarabağlar türbəsinin
(XIV əsrin 30-cu illəri), memar Cəmaləddin Naxçıvani isə
Xanəgah türbəsinin müəllifləridir.
Naxçıvanın XIII ‒ XIV əsrlər tarixinə dair ilkmənbələrdə
olduqca qiymətli məlumatlar vardır. Bu dövrə dair çox
qiymətli arxeoloji qazıntı materialları da aşkar olun-
muşdur. Əlincə (Culfa rayonu) və Babi (Şahbuz rayo-
nu) zərbxanaları, Naxçıvan Cümə məscidi, Xarabagi-
lan, Vənənd məscidi, Nüsnüs piri, Biləv nekropolu, Dər
türbəsi, Düylün piri (Ordubad rayonu), Ziyaülmülk kör-
püsü, Gülüstan türbəsi (Culfa rayonu), Köhnəqala (Şah-
buz rayonu), Dədəli körpüsü (Şərur rayonu), Qarabağlar
türbəsi (Kəngərli rayonu), Ağoğlan türbəsi (Sədərək ra-
yonu) və b. abidələr bu dövrün zəngin tarixindən xəbər
verir.
XV ‒ XVI yüzillərdə Naxçıvan Azərbaycan Qaraqoyun-
lu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tərkibində olmuş-
dur
21
. Naxçıvan Səfəvi dövlətinin mühüm əyalətlərindən
biri idi.
Qaynaq: Azərbaycan Respublikası Naxçıvan tarixi atlası, s. 27.
Naxçıvan Səfəvilər dövründə (1501
1736-cı illər).
Xəritə 4.
Yusif Küseyir oğlu türbəsi. 1161
1162-ci illər. Naxçıvan.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,2,3,4,5,6,7,8,9,10 12,13,14,15,16,17,18,19,20,21,...84