14
tərkibindəmühüm rol oynamaqda davam edirdilər. Rusiya silah-
lı qüvvələri tərkibində Kəngərli (Naxçıvan) süvari dəstəsi (1829)
və Naxçıvan bəy drujinası (1853) fəaliyyət göstərirdi. Rus ordu-
sunun zabit korpusunda da nüfuzlu naxçıvanlılar vardı. Kəngərli
nəslinə məxsus olan görkəmli tarixi şəxsiyyətlər bu dövrdə,
hətta sovet hakimiyyətinin ilk vaxtlarında da, Naxçıvanskilər
kimi daha çox məşhur idilər. Sonuncu Naxçıvan xanı Ehsan xa-
nın oğulları İsmayıl xan (1819 ‒ 1909) və Kalbalı xan (1824 ‒ 1883)
Naxçıvanskilər, Kalbalı xanın oğlu Hüseyn xan Naxçıvanski
(1863 ‒ 1919),
31
Cəfərqulu xanın oğlu Cəmşid xan Naxçıvanski
(1895 ‒ 1938)
32
öz cəsurluqları və hərbi təşkilatçılıq istedadları ilə
rus və sovet ordusunda böyük şöhrət qazanmışdılar.
Naxçıvan diyarı, əvvəlki tarixi dövrlərdə olduğu kimi, XIX yü-
zil və XX yüzilin əvvəllərində də Azərbaycan mədəniyyətinin
inkişafında və daha da zənginləşməsində çox mühüm rol oyna-
mışdır. Bu diyarda maarifin inkişafında əvvəlki ənənələr davam
etmiş, 1882-ci ildə Ordubadda «Əxtər», 1894-cü ildə isə Naxçı-
vanda «Tərbiyə» adlanan yeni tipli məktəblər açılmışdır. Bu
məktəblərin açılmasında böyük xidməti olmuş M. T. Sidqi 1896-
cı ildə Naxçıvanda ilk dünyəvi qız məktəbi də təşkil etmişdir.
Azərbaycanda elm, ədəbiyyat və incəsənətin inkişafında Mə­
həmmədağa Şahtaxtlı (1846 ‒ 1931), Məhəmməd Tağı Sid­qi
(1854 ‒ 1903), Cəlil Məmmədquluzadə (1869 ‒ 1932),
33
Məm­
məd Səid Ordubadi (1872 ‒ 1950), Əliqulu Qəmküsar (1880
‒ 1919), Hüseyn Cavid (1882 ‒ 1941), Bəhruz Kəngərli (1892 ‒
1922), Əziz Şərif (1895 ‒ 1998), Kazım Ziya (1896 ‒ 1956), Yu-
sif Məmmədəliyev (1905 ‒ 1961), İslam Səfərli (1923 ‒ 1974),
Hüseyn Razi (1924 ‒ 1998), Məmməd Araz (1933 ‒ 2004), Hü-
seyn İbrahimov (1919-2008) və bu diyarda doğulmuş digər elm
və mədəniyyət xadimlərinin böyük xidmətləri olmuşdur. XIX
əsrdə Naxçıvanda «Qönçeyi-ülfət», «Əncüməni-şüəra» (Ordu-
bad, 1838) kimi ədəbi məclislər fəaliyyət göstərmiş, 80-ci illərin
əvvəllərində «Ziyalı məclisi», «Müsəlman şiə incəsənəti və dram
cəmiyyəti» təşkil olunmuşdur. 1883-cü ilin may ayında Naxçı-
van teatrının əsası qoyulmuşdur. B. Kəngərlinin yaradıcılığı ilə
Azərbaycan incəsənətində realist dəzgah boyakarlığı, portret və
mənzərə janrları inkişafa başlamışdır.
XIX yüzilin sonu XX yüzilin əvvəllərində Naxçıvanda xalq ya-
radıcılığının bir çox sahələri, o cümlədən xalçaçılıq, toxuculuq,
zərgərlik və b. sənətkarlıq sahələri yüksək inkişaf etmişdi.
Birinci Dünya müharibəsi (1914 ‒ 1918) illərində bütün Azər­
baycan torpaqları kimi Naxçıvan diyarı da tarixin ən ağır sı-
naqları qarşısında qaldı. Azərbaycanın digər torpaqları kimi
Naxçıvan da öz hərbi-siyasi mövqeyinə görə böyük dövlətlərin
maraq dairəsinə daxil idi. Digər tərəfdən, «Böyük Ermənistan»
yaratmaq xülyasına düşən erməni millətçiləri Şərqi Anadolu ilə
yanaşı, Naxçıvan da daxil olmaqla bütün Şimali Azərbaycanı ələ
keçirməyə çalışırdılar.
1918-ci ilmayın 28-dəAzərbaycan xalqı öz dövlətmüstəqilliyini
bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Bu
dövrdə də ermənilər öz çirkin planlarından əl çəkmədilər. Ba-
kıda S. Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik hökumətinin
yaranması və türk qoşunlarının Mudros barışığına (1918, 30
oktyabr) əsasən Naxçıvanı tərk etməsilə vəziyyət daha da
ağırlaşdı. Ermənilər yaranmış vəziyyətdən istifadə edərək,
azərbaycanlılara qarşı kütləvi soyqırımları həyata keçirir, əzəli
Azərbaycan torpaqları olan Naxçıvanı, Zəngəzuru, Qarabağı ələ
keçirmək istəyirdilər. Hər tərəfdən düşmən mühasirəsinə düş-
müş Naxçıvanın istiqlal mücahidləri xalqı ermənilər tərəfindən
törədilən soyqırımından xilas etmək üçün 1918-ci ilin noyabrın-
Ordubadda küçə.
Gülüstan türbəsi. XIII əsr. Culfa.
1...,6,7,8,9,10,11,12,13,14,15 17,18,19,20,21,22,23,24,25,26,...84