13
Azərbaycan dövlətləri olan Naxçıvan və İrəvan xanlıqları 1828-
ci ildə Rusiyaya qatıldıqdan sonra çarizm Azər­bay­can xalqına
qarşı ən qəddar ayrı-seçkilik aktı həyata keçirdi: 1828-ci il martın
21-də ‒ Novruz bayramı günü hər iki Azərbaycan xanlığının tor-
paqlarında «Erməni vilayəti» yaradıldı. İran və Osmanlı dövləti
ərazisindən köçürülüb gətirilən ermənilər bu əzəli Azərbaycan
torpaqlarında məskunlaşdırıldı.
Erməniləri Azərbaycana köçürməklə Çar Rusiyası Cənubi Qaf-
qazda ‒ Azərbaycan torpaqlarında bugünkü erməni dövlətinin
əsasını qoydu.
1874-cü ilə qədər olan dövrdə tarixi Naxçıvan torpaqları çar
Rusiyası tərəfındən dəfələrlə inzibati-ərazi dəyişikliyinə məruz
qalmış, keçmiş xanlıq torpaqlarının böyük bir hissəsi Naxçıvan
qəzasına daxil edilmişdir
27
. Eyni zamanda Naxçıvan ərazisinin
məqsədyönlü surətdə erməniləşdirilməsi siyasəti həyata ke-
çirilirdi. İran və Türkiyədən ermənilər Azərbaycanın qədim
torpaqlarına, o cümlədən Naxçıvana köçürülür, əhalinin etnik
tərkibi qəsdən dəyişdirilirdi. Lakin Naxçıvanın türk-müsəlman
əhalisi bu qəddar siyasətə qarşı qəhrəmanlıqla mübarizə aparır,
ermənilərin doğma Vətən torpaqlarında möhkəmlənməsinə yol
vermirdilər.
Arxiv məlumatlarına görə Rusiya imperiyasının köçürmə
siyasəti nəticəsində Naxçıvan dairəsinin mahalları üzrə 1830-
cu illərdə əhalinin etnik tərkibi belə idi: Əlincə mahalı üzrə
azərbaycanlılar 400 təsərrüfat, 1830-cu ildən əvvəl köçürü-
lüb gətirilən ermənilər 120, həmin ildən sonra köçürülənlər də
120 təsərrüfat idi. Dərələyəz üzrə bu rəqəmlər müvafiq olaraq
1283, 58, 731; Naxçıvan mahalı üzrə 1884, 309, 1207, Naxçıvan
şəhəri üzrə 905, 156, 269 idi. Xok mahalında azərbaycanlılar 292,
ermənilər isə cəmi 43 təsərrüfat idi.
28
Bu rəqəmlərdən aydın olur ki, ermənilərin kütləvi surətdə
köçürülüb gətirilmələrinə baxmayaraq, Naxçıvan əhalisinin
əksəriyyəti yenə də azərbaycanlılardan ibarət idi. Ordubad
dairəsi və Şərura aid olan məlumatlar da təsdiq edir ki, göstərilən
bütün cəhdlərə baxmayaraq, Naxçıvan əhalisinin etnik tərkibini
ermənilərin xeyrinə dəyişdirmək mümkün olmamışdı.
1917-ci il Oktyabr çevrilişi ərəfəsində Naxçıvan bölgəsi
əhalisinin sayı 170.142 nəfər idi. Onlardan 122.208 nəfəri Nax-
çıvan qəzasında, 40.000 nəfəri Şərurda, 8.934 nəfəri Naxçıvan
şəhərində yaşayırdı
29
.
Naxçıvanın iqtisadiyyatı da çarizmin müstəmləkəçilik siya­
sətinin tələblərinə uyğunlaşdırılmışdı. Naxçıvanın sənayesi duz
mədənləri və bir neçə toxuculuq manufakturalarından ibarət idi.
Bununla yanaşı, pambıqçılıq və ipəkçilik də inkişaf etmişdi.
Naxçıvanlılar sosial ədalətsizlik və milli zülmə qarşı qətiyyətlə
mübarizə aparırdılar. 1905 ‒ 1907-ci illər inqilabı dövründə
burada güclü kəndli çıxışları olmuşdu. 1905 ‒ 1906-cı illərdə
ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqı-
rımları zamanı naxçıvanlılar kütləvi qırğınlara və zorakılıqlara
məruz qalmış, erməni quldurlarına və onların himayəçisi olan
çar hakimiyyəti dairələrinə qarşı qəhrəmancasına mübarizə
aparmışdılar. Naxçıvan tarixinin bu qanlı faciələri, ermənilərin
azərbaycanlılara qarşı törətdikləri soyqırımlar əslən Naxçıvan-
dan olan böyük Azərbaycan yazıçısı M. S. Ordubadinin «Qanlı
illər» kitabında konkret faktlarla əks olunmuşdur
30
.
Rusiya Naxçıvanı işğal etdikdən sonra kəngərlilərin irsi
hakimiyyətinə və Naxçıvanın geniş torpaqlarına olan mülkiyyət
hüququna son qoydu. Lakin buna baxmayaraq, kəngərlilər diya-
rın həyatında, həmçinin Rusiya imperiyasının silahlı qüvvələri
Rəssam Bəhruz Kəngərlinin naturadan çəkdiyi
Nuhun məzarı abidəsi.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
Nuh peyğəmbərin məzarüstü türbəsi. Naxçıvan.
1...,5,6,7,8,9,10,11,12,13,14 16,17,18,19,20,21,22,23,24,25,...84