11
Uzun sürən Səfəvi-Osmanlı müharibələri 1639-cu il­də başa çatdı. Naxçıvan XVIII əsrin əvvəllərinədək Səfəvi dövlətinin
tərkibində qaldı.
XVIII yüzilliyin əvvəllərindəAzərbaycanın bir sıra torpaqları, o cümlədənNaxçıvanOsmanlı imperiyasının hakimiyyətinə
keçdi. Osmanlı dövlətinin tərkibində olarkən, 1727-ci ildə «Naxçıvan sancağının müfəssəl dəftəri» adlı siyahıyaalma sənədi
tərtib olundu. «Naxçıvan sancağının müfəssəl dəftəri» çox qiymətli tarixi sənəddir.
«Müfəssəl dəftər», eyni zamanda, Naxçıvan tarixini öyrənmək üçün də çox qiymətli mənbədir. Burada Naxçıvanın
inzibati-ərazi bölgüsü, vergilərin miqdarı, əhalinin sayı və s. haqqında mötəbər məlumatlar verilir. Həmin məlumatlardan
aydın olur ki, Naxçıvan sancağında 14 nahiyə (Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvaziyi-Xatın
və b.) var idi. Naxçıvan sancağının 9.788 vergi verən əhalisi xəzinəyə hər il 2.629.059 axça ödəyirdi.
23
Naxçıvanın XV yüzillikdən XVIII yüzilliyin əvvəllərinə qədərki tarixindən bugünkü nəsillərə çoxsaylı numizmatik ma-
teriallar, daş qoç heykəlləri, İmamzadə kompleksi,
Zaviyyə mədrəsəsi (Naxçıvan şəhəri), Cümə məscidi,
Amaras məscidi, Behrud körpüsü (Ordubad rayonu),
Ərəzin nekropolu (Culfa rayonu), Parçı imamzadəsi
(Şərur rayonu), Koroğlu qalası (Sədərək rayonu) və
digər çox qiymətli maddi mədəniyyət nümunələri,
tarixi abidələr yadigar qalmışdır.
BöyükAzərbaycan sərkərdəsi Nadirin hakimiyyətə
gəlməsindən sonra (1736 ‒ 1747) osmanlıların ha­ki­
miyyəti altında olan Azərbaycan torpaqları geri qay-
tarıldı və Əfşar imperiyasının tərkibinə daxil edildi.
Çox mühüm strateji əhəmiyyəti olan Naxçıvanda öz
hakimiyyətini möhkəmləndirməyə çalışan Nadir şah
Əfşar bu diyarın irsi hakimləri olan cəsur kəngərli
tayfasının tanınmış nümayəndələrini ölkədən sürgün
etdi. Lakin Nadirin hakimiyyəti bütün Azərbaycanda
olduğu kimi, Naxçıvanda da uzun sürmədi. Nadir
öldürüldükdən (1747) sonra Azərbaycanda kiçik yerli
dövlətlər ‒ xanlıqlar yarandı.
Nadirin ölümündən sonra Kəngərli tayfasının baş-
çısı Heydərqulu xan (1747-1764) Naxçıvan xanlığı-
nın yaradıldığını elan etdi. Lakin qonşu dövlətlərin
müdaxiləsi, habelə xanlıqda hakimiyyəti ələ keçir­
mək üstündə ara verməyən saray çəkişmələri Naxçı-
van xanlığının zəifləməsinə səbəb oldu. Yalnız Kalba-
lı xanın (1787-1820) hakimiyyəti dövründə xanlıqda
müəyyən sabitlik yarandı.
1795-ci ildə Ağa Məhəmməd şah Qacar Azər­
baycana yürüş etdi. Bu yürüş zamanı o, Naxçıvan
Naxçıvan XIX əsrin II yarısı
XX əsrin əvvəllərində.
Xan sarayı. Dövlət Tarix-Memarlıq Muzeyi. XVIII əsr. Naxçıvan.
Xəritə 6.
Qaynaq: Azərbaycan Respublikası Naxçıvan tarixi atlası. Bakı, 2010, s. 31
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,3,4,5,6,7,8,9,10,11,12 14,15,16,17,18,19,20,21,22,23,...84