10
Çox mühüm hərbi-strateji mövqeyə malik olan
Naxçıvan XVI əsrin əvvəllərindən başlayaraq uzun
zaman Səfəvi-Osmanlı müharibələrinin ən qay-
nar məntəqəsinə çev­rilmiş və dəfələrlə əldən-ələ
keçmiş­dir. Səfəvi hökm­darı Məhəmməd Xudabəndə
dövründə (1578 ‒ 1587) Naxçıvanın idarəsi
Azərbaycanın ən cən­ga­vər tayfalarından biri olan
kəngərli-ustaclı tayfa­sının başçılarına həvalə edildi.
Hələ bizim eranın əv­vəl­lərində peçeneqlərlə birlikdə
Naxçıvan əra­zisin­də məskunlaşmış kəngərlilər ustaclı
tayfasının tər­kibində Səfəvi dövlətinin yaradılmasın-
da fəal iştirak et­mişdirlər. Kəngərli tayfasının başçıla-
rı XIX əsrin əvvəllərindən Rusiya işğallarınadək Nax-
çıvanın irsi ha­kimləri idilər.
XVI yüzilliyin sonlarından XVIII yüzilin 40-cı il­lə­
rinədək Azərbaycan, o cümlədən də Naxçıvan, ye­
nidən tarixin ağır sınaqları qarşısında qaldı
22
. Ölkə
Səfəvi, Osmanlı və Rusiya imperiyaları arasında
hərbi-siyasi rəqabət meydanına çevrildi. Qanlı toq-
quşmalar yenidən Naxçıvanın inkişafına ağır zərbə
vurdu. Nəhayət, Səfəvi hökmdarı Şah I Abbas Naxçı-
van və digər Azərbaycan torpaqlarını geri almağa nail
oldu.
Şah I Abbasın dövründə vəzir təyin edilmiş Ha­
təmbəy Ordubadi böyük Səfəvi imperiyasının idarə
olunmasında mühüm rol oynamışdı. Şah I Abbas
1606-cı ildə Ordubada səfərindən sonra şəhəri soyur-
qal kimi ona bağışlamış, Hatəmbəy isə burada geniş
quruculuq işləri aparmışdı. Şah Abbasın fərmanı ilə
(1607) ordubadlılar vergilərdən azad edilmişdilər.
Hə­min fərmanın kitabəsi indiyədək qalmaqdadır.
Naxçıvan xanlığı (1747
1828-ci illər).
Əlincəçay xanəgahı. XII
XIII əsrlər. Culfa.
Xəritə 5.
Qaynaq: Azərbaycan Respublikası Naxçıvan tarixi atlası. Bakı, 2010, s. 30
1...,2,3,4,5,6,7,8,9,10,11 13,14,15,16,17,18,19,20,21,22,...84