114
114
Xalça Ağstafa rayonunun Poylu kəndində toxunmuşdur. Xalçanın naxışı Gəncə və Şəmkirdə toxunan xalçalardan götü-
rülmüş, üzərində bir neçə element dəyişdirilərək toxunmuşdur. Bu gün də kənddə az miqdarda, ancaq daxili istifadə üçün
xovlu və xovsuz xalçalar toxunmaqdadır. Poylu kəndində XIX əsr məqbərələr qrupu tarixi əhəmiyyət kəsb edən abidə
hesab olunur. Kəndin yerləşdiyi ərazinin çöllük olması buranın spesifik bitki aləminin yaranmasına xidmət etmişdir. Məhz
bu bitkilər Poylu xalçasına özünəməxsus çalarlar bəxş etmişdir.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə zolağı üç cərgədən yaranıb; zolaqların ikisi bala haşiyədir – onlar-
dan biri xaçabənzər formada, digəri yuvarlaq formalı olub türkmən xalçalarındakı göl motivini xatırladır. Bu növ elementi
azərbaycanlı toxucu ustalar “alma” deyə adlandırırlar. Ana haşiyə həndəsi formalı yarpağa bənzər elementlərdən təşkil olu-
nub. Xalçanın ara sahəsi büsbütün qoşa cərgəli bitişik romblardan ibarətdir. Sürməyi yerlikdə ağ rəngli konturların köməyi
ilə toxunan rombların birləşdiyi yerdə xaçabənzər həndəsi motiv, ondan ətraflara geniş yayılmış tərzdə isə ləçəklər toxunub.
1...,106,107,108,109,110,111,112,113,114,115 117,118,119,120,121,122,123,124