106
106
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
Xalça Tovuz rayonunun Aşağı Öysüzlü
kəndində toxunub. Kəndin iqlimi onun təbi­
ətinə də fərqli çalar bəxş edib. Burada qədim
dövrdən məskunlaşan kənd əhalisi heyvan-
darlıqla məşğul olmuşdur ki, bu da xalçaçı­lıq
işinin inkişafına xidmət etmişdir. Bu kəndin
xalçaçılıq ənənəsi çox qədimə gedib çıxır. Dün-
yanın muzey və kolleksiyalarında bu kənd­də
toxunan xalçalara xüsusi diqqətlə yana­şırlar.
Verilən xalça çeşnisi Tovuzun Şəm­kir rayonu-
na yaxın kəndlərində də toxunmuş­dur.
Xalça ara sahə və haşiyə zolağından ibarət­
dir. Xalçanın qırmızı rəngli ara sahəsində üç
ədəd göl toxunub. Yelən üç zolaqdan və dörd
cərgə “alamuncuq” naxışlarından ibarətdir.
Yeləni təşkil edən zolaqlardan ikisi paraleldir,
üzərində üçbucaqlar və ana haşiyə üzərində
isə nəbati mənşəli stilizə edilmiş elementləri
var.
Xalça xalq ənənəsi əsasında toxunub. Yu-
nunun keyfiyyəti yüksəkdir. Qazax-Borçalı
bölgəsində toxunan xalçalarda, adətən, qo-
yunun sinə hissəsində olan yundan daha çox
istifadə edilirdi. Bu nahiyədə olan yun daha
yumşaq və parlaq olduğu üçün xalçalar da çı-
raq kimi parlaq görünürdü. Xalçanın boyaları
bitki mənşəlidir, toxunma üsulu türkbafdır.
Xalça üzərində istifadə edilmiş qəhvəyi rəng,
çox güman ki, qoyunun öz təbii rəngidir.
Xalçanın ara sahəsi boyu və göllərin içə­ri­
sində həndəsiləşdirilmiş nəbati və tayfa, qə­bilə
xarakterli damğalar toxunub. Kompozi­siya
quruluşu baxımından sadədir. Lakin to­xun­
ma üslubu, icrasına görə xalça peşəkar us­ta
tərəfindən yerinə yetirilib.
Xalçanın xovu, ərişi və arğacı yundur. İlmə­
lərin sıxlığı 29x36 sm, xovunun hündürlüyü
1 sm-dir. İplər Aşağı Öysüzlü kəndinin yerli
qoyunlarından alınmışdır. Xalçanın rəngləri
göstərir ki, yun boyandıqdan sonra əyirilib.
Bu rəngləmə texnikasına Azərbaycanın müx­
təlif ərazilərində rast gəlmək olar. Bu mənada
bu xalçanın böyük dəyəri vardır. Saxlanma
vəziyyəti ortadır. Xalça bədii, elmi və tarixi
əhə­miy­yət kəsb edir; Gəncədə şəxsi evdə sax­
lanılır.
1...,98,99,100,101,102,103,104,105,106,107 109,110,111,112,113,114,115,116,117,118,...124