45
45
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
Qarabağ kimi Qazax da vərninin vətəni hesab edilir. Vərni toxunma texnologiyasına görə, digər kilim növlərindən nazik
toxunması və yüngül olması ilə fərqlənirdi. Ona görə də, keçmişdə vərni pərdə, örtük, yük üzü, habelə alaçıq tipli evlərdə
«divar bəzəyi» kimi istifadə olunmuşdur. Bu cəhətdən vərni yun cecimi xatırladırdı.
Qazaxın özündə, eləcə də Gəncə, Tiflis şəhərlərində mövcud olan bazarlarda nəfis xovlu və xovsuz xalça məmulatla­rı
satılırdı. Bu ənənə son illərədək yaşadılırdı.
Qazax rayonunun Abbasbəyli,  Ağköynək,  Alpout, Aslanbəyli,  Aşağı Əskipara, Aşağı Salahlı, Bala Cəfərli, Birinci Şıxlı,  Ca-
nalı, Cəfərli,  Çaylı,  Daş Salahlı, Dəmirçilər,  Fərəhli,  Hüseynbəyli, Xanlıqlar, Xeyrimli,  İkinci Şıxlı, Kəmərli, Kosalar, Qaymaq­lı,
Qazaxbəyli,  Qızılhacılı, Orta Salahlı , Yuxarı Salahlı kəndləri əsas toxuculuq məntəqələri kimi şöhrət qazanmışdırlar.
Xalça fraqmenti. Yun. Xovlu. 1857-ci il. Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
Xalça fraqmenti. Yun. Xovlu. 1896-cı il. Qazax-Borçalı qrupu.
Şəxsi kolleksiyadan.
Kilimdən fraqment. Yun. Xovsuz 1875-ci il.
Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
1...,37,38,39,40,41,42,43,44,45,46 48,49,50,51,52,53,54,55,56,57,...124