44
44
gö­zət­çi qalası olduğunu sübut edir. Analoji müşahidə qalaları
Co­qazçayın sahilində və Cəfərli kəndinin yaxınlığında da var.
Qazaxın Dilboz atları da dünya şöhrəti qazanmışdır.
Xalça qazaxlıların məişəti üçün olduqca vacib sayılırdı. Eyni
za­manda palazlar, çullar, duz torbaları, xurcunlar, məfrəşlər və
digər məmulatlar əhalinin məişətini asanlaşdırırdı. Bu mə­mu­
latların toxunma texnologiyası, rəng kompozisiya həlli yerli əha­
linin estetik dünyagörüşünü əks etdirir. Əsasən heyvandarlıqla
məşğul olan yerli əhali cins qoyunlar yetişdirmiş və bitkilərdən
təbii boyalar almaqla göz oxşayan xalçalar yaratmışdır. Xüsusilə
bu ərazidə quzu yunundan istifadə etməklə nəfis tərtibatlı xal-
çalar toxunurdu. Boyaqçılıq işinə də öz ustalıqlarını əlavə edən
toxucular yunun özünü boyamaqla xalçalara fərqli görünüş bəxş
edirdilər. Dənli bitkilərdən buğda, arpa, zəyərək əkilir və bu
bitkilərdən yağ, bəzir, dağda yetişən kollardan və güllərdən müx­
təlif dərmanlar, həmçinin ipləri boyamaq üçün cürbəcür rənglər
alınırdı.
XIX əsrin 30-cu illərində Qazaxdan bəhs edən mənbədə xalça,
palaz, şal və s. kimi yun məmulatları ilə yanaşı, hər bir ailədə bez
toxunduğu xəbər verilir. XIX əsrin 80-ci illərinə aid dövri mət­
bu­atdan bəlli olur ki, o zaman Azərbaycanın qabaqcıl qoyunçu-
luq mərkəzlərindən biri olmaq etibarı ilə Qazax qəzasında hər il
2000-dək xalça, bir o qədər də palaz, 100-ə qədər çul toxunurdu.
XIX əsrin 40-cı illərinə aid arxiv sənədlərindən məlum olur ki,
Qazax və ətraf rayonların, demək olar ki, bütün kəndlərində qa-
dınlar qo­yun yunundan şal, mahud ilə yanaşı, xalça, palaz, çuval,
məfrəş və s. toxuyurdular.
Qazax Tarix-Diyarşünaslıq müzeyindən.
1...,36,37,38,39,40,41,42,43,44,45 47,48,49,50,51,52,53,54,55,56,...124