35
35
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
işətdə hazırda da istifadədə olan xurcun, məfrəş, örkən, süf­rə,
mütəkkə kimi məmulatlarda rast gəldiyimiz rəng ahəngi, bə­
dii quruluş, naxış dəst-xətti, toxuma üslubu digər qruplardan
fərq
­
lənir. Heyvandarlıqla məşğul olan köçəri maldar əhalinin
təsərrüfatında çadırların quraşdırılması, bəzədilməsi, döşənməsi
və yükün daşınmasında xovsuz xalçalardan geniş istifadə edilirdi.
Qazax qrupunda toxunan xovsuz xalçaların fərdi özəllikləri
vardır. Bunu kilimlərdə aydın görmək olar. Ərişi rəngli iplikdən
çəkildiyi üçün bütün səthi şaquli istiqamətdə rəngli zolaqlar-
dan ibarət olan, “Qədirqə kilim” adı ilə tanınan kilimlərin bədii
quruluşu tam fərqlidir. Bəzən Qazaxda bu növ kilim “Qara
ağac” da adlanır. Bu da kompozisiyada yer alan ətrafları dilikli,
ağacabənzər uzun zolaq formalı tərtibatdan irəli gəlir.
Bəzi Qazax xalçaları üzərində çox zaman türkmən xalça ele­
mentlərinin təkrarlandığını da müşahidə etmək mümkündür.
Bu, insan obrazları və ya türkmənlərdə gölü təşkil edən iri ele-
mentin Qazaxda “alma” adı altında kiçik ölçüdə toxunmasın-
da müşahidə edilir. Eyni paralelləri Qazax qrupunun “Borça-
lı” və Çinin cənub-şərqində, Xotan bölgəsində yaşayan uyğur
türklərinin toxuduqları xalçalarda da izləmək olar. Bütün tarixi
dövrlərdə müqəddəs sayılmış nar meyvəsinin xalça üzərindəki
toxunuş tərzi, rəngləri, forması bu gün də qədim dövrlərdə ol-
duğu kimi dəyişmədən qalmaqdadır.
Xurcun. Yun. Xovsuz. XIX əsr. Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
Xalça fraqmenti. Yun. Xovlu. 1820-ci il. Qazax-Borçalı qrupu.
Şəxsi kolleksiyadan.
Xurcun üzü. Yun. Xovlu. 1900-cü il.
Qazax-Borçalı qrupu. Şəxsi kolleksiyadan.
Məfrəş fraqmenti. Yun. Xovsuz.
XIX əsrin sonları. Qazax-Borçalı qrupu.
Şəxsi kolleksiyadan.
1...,27,28,29,30,31,32,33,34,35,36 38,39,40,41,42,43,44,45,46,47,...124