58
Xalçanın ara sahəsində kənarları qarmaqlı medalyonlar təsvir edilmişdir. Bu tip-
li medalyonlara Azərbaycanın müxtəlif bölgələrində toxunan xalçalarda və xalça
məmulatlarında nisbətən dəyişik formada rast gəlinir. Qarmaqlı elementlər zoğalı,
sürməyi, ağ, sarı, mavi, açıq və tünd yaşıl rənglərlə işlənmişdir.
Ara sahənin yuxarı və aşağı hissəsində sarı yerlikli zolaqlarda ağ, qırmızı rəngli
güllü budaqlar vardır.
Ara sahənin boşluqlarında stilləşmiş heyvan, quş şəkilləri, kiçik ölçülü, cüzi nəzərə
çarpan rombvari elementlər və “daraq” motivləri var­dır.
Xalçanın ağ yerlikli ana haşiyəsi “Zülfələm” adlandırılan motivlərlə işlənmişdir.
“Zülfələm” – saçlı haşiyə deməkdir. Bu elementlərə Quba qrupuna daxil olan xal-
çalarda da tez-tez rast gəlinir. “Zülfələm” motiv­ləri zoğalı-sürməyi, zoğalı-tünd-
yaşıl, zoğalı-mavi, zoğalı-yaşıl-mavi, zo­ğalı-açıq-qəhvəyi rənglərlə işlənmişdir. Ana
haşiyəni dördləçəkli gül­­lər işlənmiş bala haşiyələr əhatə edir.
Xalçanın ara sahəsindəki və ana haşiyədəki rənglər ba­la haşiyələrdəki
motivlərdə də təkrarlanır. Daxili bala ha­şiyə daxildən diliklərlə, xarici
bala haşiyə isə xaricdən “si­çandişi”lərlə tamamlanır.
Xalçada rəng tərtibatı yüksək peşəkarlıqla həll edilib. Xalçanın ümumi görünüşü
xoş əhval-ruhiyyə yaradır. Xalçanın xovu və ərişi yun, ar­ğacı pambıqdandır. Saxlan-
ma vəziyyəti əladır. Xalça bədii, tarixi, el­mi əhəmiyyət kəsb edir.
1...,50,51,52,53,54,55,56,57,58,59 61,62,63,64,65,66,67,68,69,70,...76