104
Freydin ev muzeyindəki xalçaların çoxluğu-
nu nəzərə alsaq, deyə bilərik ki, psixoterapevt
üçün bu qədim sənət növü nümunələri xü-
susi əhəmiyyət kəsb edirdi. İstər divarlarda,
döşəmədə, istərsə də mebellərin üzərində xal-
çaların, rəngarəng kilimlərin olması həm də
onun incə zövqündən xəbər verir. Amma Freyd
xalçaları sadəcə evinə bədii gözəllik vermək
üçün döşəmirdi. O, xalçalardan pasiyentlərinin
seanslarını daha səmərəli etmək, daha dolğun-
laşdırmaq məqsədi ilə istifadə edirdi.
Z. Freyd tibb praktikasında əsasən azad as-
sosiasiyalar üsulundan istifadə edirdi. Onun
pasiyentlərinə taxtda rahat uzanmaq, nə qədər
cəfəngiyat olsa, xoşagəlməz, ədəbsiz görünsə
belə ağıllarından keçən hər şeyi danışmaq
təklif edilirdi. Psixoterapevt xəstələri ilə saat-
larla söhbətləşər, onların davranışını, yuxuları-
nı, danışdıqlarını analiz edərdi. Freyd xəstələri
qəbul etdiyi otağı, onların uzandığı taxtı da
(çarpayını da) xalçalarla döşəyirdi. Bununla
o, bir neçə saat davam edən psixoanaliz seans-
larına uyğun mühit, ab-hava yaradırdı. Ma-
raqlısı odur ki, Freyd xalça seçimində Cənubi
1...,96,97,98,99,100,101,102,103,104,105 107,108,109,110,111,112,113,114,115,116,...204