112
– Rəssamlığa uşaqlıqdan həvəsim olub.
Səttar Bəhlulzadə qonşumuz idi. Bir gün
atamonubizə dəvət etdi; oməniməl işlərimi
görüb, çox bəyəndi. Ə. Əzimzadə adına
Azərbaycan Dövlət Rəssamlıq Məktəbində
oxuduğum illərdə Səttar Bəhlulzadə hara
gedərdisə, məni də özü ilə aparardı. O, heç
vaxt rəsm çəkməyi öyrətməzdi. O, mənə
rəssam kimi yaşamağı, hər şeyə rəssam
kimi baxmağı öyrədərdi. Xalçaçılığa isə
çox sonralar maraq göstərməyə başlasam
da, bu sənətə ömürlük vuruldum. Xalça
Azərbaycan xalqının ruhunun daşıyıcısıdır.
1991-ci ildə Londonda keçirilən ilk sərgimdə
müsahibə verdiyim vaxt belə bir çümlə
işlətdim: “Xalçaçılıq azərbaycanlıların ana
dilidir.” Dünyada tək-tük xalqlar var ki, on-
ların danışıq dilindən başqa öz fəza dilləri
də var. Bu dillə onlar dünən də danışıblar,
bu gün də danışırlar və gələcəkdə də danı-
şacaqlar. Məsələn, bütün dünya xalqlarının
özünəməxsus rəqsləri var. Amma rəqsi dilə
çevirmək hindlilərə qismət olub. Memarlıq
da bütün ölkələrdə var. Amma yunanlar və
misirlilər onu dilə çevirə biliblər. Həmin
memarlıq neçə əsr bundan əvvəl olduğu
kimi, indi də “danışır”. Belə bir xoşbəxtlik
bizim millətə də nəsib olub. Bizim xalçalar
adamla danışa bilir, xalqın keçmişini, bu gü-
nünü əks etdirir. Xalçalarımız tarixi naxışla-
ra çevirmiş yazıdır. Biz məhz bu dildə danı-
şırıq. Əfqanlar, türkmənlər, farslar, çinlilər
də xalça toxuyur. Amma xalça dilində da-
nışan yeganə xalq bizik. Ona görə də, onu
qorumaq və gələcək nəslə çatdırmaq çox
önəmlidir. Bizim xalçalara baxdıqda xalqın
həyat tərzini, düşüncələrini görmək müm-
kündür. Biz bu gün də xalçalar vasitəsi
ilə danışmalıyıq ki, gələcəyə ismarıcımızı
göndərək. Xalqın mədəniyyətini, adətlərini,
1...,104,105,106,107,108,109,110,111,112,113 115,116,117,118,119,120,121,122,123,124,...204