113
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
arzularını xalçaya köçürmək lazımdır ki,
əsrlər boyu qalsın.
– Bütün əsərlərinizdə dəsti-xəttiniz bi-
linsə də, vahid bir üslub görünmür...
– Portret xalçalar az işləyirəm. Daha
çox süjetli və ornamentli xalçalara üstün-
lük verirəm. Çalışıram ki, xalçada konk-
ret bir fikir, mövzu və fəlsəfə olsun. xalça
ölçüsündən, naxışlarından tutmuş rənginə
qədər həmin o mövzunu, fikri açmalıdır.
Məsələn, mən indi “Şəbi-hicran” (“Ay-
rılıq gecəsi”) xalçası üzərində işləyirəm.
Burada xalçanın həm ornamentləri,
həm də rəng həlli Leyli və Məcnunun
ruhunu göstərməyə xidmət etməlidir.
Deyə bilmərəm ki, əsərlərimdə Avropa
mədəniyyətinin təsiri yoxdur. Şərq xalça-
larındakı rəmzliliyi, stilizə mədəniyyətini,
ornament sənətini Avropa rəssamlıq
ənənələri ilə birləşdirəndə maraqlı nəticə
alınır. Çünki biz həmAvropa, həm də Şərq
mədəniyyətinə aid olan xalqıq. Mən də öz
xalçalarımda bu iki böyük mədəniyyəti,
düşüncə tərzini birləşdirməyə çalışıram.
– “Şəbi-hicran” əsərinizdən söz düşmüş-
kən... Artıq üçüncü dəfədir ki, bu mövzu-
ya müraciət edirsiniz...
– Elədir. İlk dəfə 1981-ci ildə – tələbə
olarkən bu mövzuya müraciət etmişəm. O
zaman Sadiq Şərifzadənin “Füzuli”si məni
çox düşündürürdü. Təbii ki, onun çəkdiyi
portret Füzulinin gerçək simasını əsk et-
dirmirdi, amma hamı Füzulini o surətdə
qəbul edirdi. Füzuli daxili aləminə görə
belə təsvir olunur. Mən də onun ruhunu
xalçaya köçürmək istədim. Onun iç dün-
yasını göstərdim. Füzulinin yaradıcılığının
əsasını üç amil–poeziya, fəlsəfə və musiqi
təşkil edir. Füzulinin bütün qəzəlləri musiqi
üzərində qurulub. Ona görə də, muğamda
rahat ifa olunur. Onun qəzəllərinin fəlsəfəsi
çox dərindir. Poeziya da öz yerində. Füzu-
linin obrazını üç ağac kökündən yaratmaq
fikri bundan irəli gəldi. Çiçək açan ağac,
yaşıl ağac və bar verən ağacla Füzuli yara-
dıcılığını təsvir etdim. Buludlar vasitəsi ilə
də Füzulinin qəzəlindən bir beyt yazdım.
Gözləmədiyim halda bu işim çox gözəl qar-
şılandı. Bu xalça 1982-ci ildə Bakıda I xalça
Simpoziumunda nümayiş olundu. Həmin
simpoziuma ümummilli liderimiz Heydər
Əliyev də Moskvadan gəlmişdi. Bu xalça-
nı çox bəyənmişdi. İyirmi beş ildən sonra
mən yenidən bu mövzuya qayıtdım. Çünki
bu illər ərizində dünyaya baxışım, düşüncə
tərzim dəyişmişdi. Ona görə də, bu mövzu-
1...,105,106,107,108,109,110,111,112,113,114 116,117,118,119,120,121,122,123,124,125,...204