Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində rəsm və
rəsmxət, daha sonra isə Ə. Hüseynzadə adına Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin Quba filialının Xalça
rəssamı fakültəsində təhsil alıb. Təhsilini bitirdikdən sonra Bakı
Yerli Sənaye Texnoloji Texnikumunda müəllimə kimi çalışıb. Bir
neçə ildən sonra iş fəaliyyətini “Azər­İlmə” xalçaçılıqmüəssisəsində
rəssam kimi davam etdirib. Hazırda müəssisənin baş rəssamıdır.
1995­ci ildə xalçaçı rəssamın Bakıda “Mədəniyyət Fondu”nun sərgi
salonunda “102 buta” adlı fərdi sərgisi təşkil olunub. Sərgidə 102
buta nümunəsinin rəsmləri nümayiş olunub. Təhsil aldığı dövrdə
daha çox ornamental xalçalara meyl edən, yeni naxış elementləri,
yeni kompozisiyalar yaradan rəssam orijinal, təkrarsız buta
nümunələri ilə sənət aləmində öz dəst­xəttini qoyub . Həmin il buta
rəsmlərinin toplandığı eyniadlı kataloqu da işıq üzü görüb. 2005­ci
ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Neva AĞALİYEVA
106
1...,98,99,100,101,102,103,104,105,106,107 109,110,111,112,113,114,115,116,117,118,...204