96
D
ekabrın 9-da Tiflisdə Azərbaycan xalçalarının sərgisi keçi-
rilib. Ş.Amiranaşvili adına İncəsənət Muzeyində təşkil olu-
nan sərgidə Azərbaycanın əl xalçaları, həmçinin tətbiqi incəsənət
nümunələri nümayiş olunub. Tədbirdə Gürcüstan prezidenti Mi-
xail Saakaşvilinin anası Giuli Alasania, Gürcüstanın Mədəniyyət
naziri Nikolas Rurua, Azərbaycanın Gürcüstandakı diplomatik
korpusunun nümayəndələri iştirak ediblər.
İki gün davam edən sərgidə 100-ə qədər eksponat, o cümlədən
38 xalça, təsviri sənət nümunələri, müxtəlif antik əşyalar, milli
musiqi alətlərimiz, ölkəmizin tarixindən, mədəniyyətindən bəhs
edən nəfis tərtibatlı nəşrlər yer alıb.
GürcüstanMilli Muzeyi və Tiflisdəki Mirzə Fətəli Axundov adı-
na Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi ilə keçirilən sərgi
Azərbaycanın gözoxşayan xalçalarını Gürcüstan ictimaiyyətinə
daha yaxından tanıtmaq məqsədi daşıyırdı.
Azərbaycan xalçaları
Tiflisdə sərgiləndi
1...,88,89,90,91,92,93,94,95,96,97 99,100,101,102,103,104,105,106,107,108,...204