94
- Sifarişçilərin istəklərini, bazarın tələbatını
nəzərə alaraq çeşnilərdə dəyişikliklər etməli olu-
ruq. Toxucu qadınlar istər-istəməz İsmayıllının
zəngin təbiətindəki çiçəkləri xalçaya köçürürlər.
Elə tarixən də nənələrimiz göydə gördükləri ul-
duzları xalçaya həkk ediblər. Ya da hansısa bir
heyvanı, quşu xalçada təsvir ediblər. Bu gün biz
də gülü, çiçəyi, hansısa yaddaqalan bir elementi
seçib, keçmiş ənənələrə xələl gətirmədən xalça-
lara köçürürük.
- İndi alıcılar hansı tip xalçalara üstünlük
verirlər? Zövqlər dəyişibmi?
- Əvvəllər toxuduğumuz xalçaları ancaq xarici
vətəndaşlara satırdıq. Son zamanlar isə alıcıları-
mızın əksəriyyətini yerli alıcılar təşkil edir. xal-
çalar müxtəlif olduğu kimi, zövqlər də, sifarişlər
də müxtəlifdir. Alıcıları daha şox Şirvan, Qazax
məktəbinə aid xalçalar cəlb edir. Elə alıcı da var
ki, evini modern üslubda dizayn edib və həmin
tərzə uyğun xalça almaq istəyir.
- Bəs İsmayıllı xalçalarını digər bölgələrin
xalçalarından fərqləndirən hansı cəhətlər var?
- Bizim xalçalar digər xalçalardan sıxlığı, rəng
çalarları ilə seçilir. İsmayıllı xalçalarının zəngin
rəng tonları var. Burada yaşayan xalçaçının
təbiətin gözəlliyini xalçaya köçürməməsi müm-
kün deyil. Hər bir xalçaçı təbiətin əsrarəngiz
rənglərini öz sənətinə, ilmələrə ötürür. Bizim
xalçalarda, əsasən, yaşıl və bu rəngin tonlarına
üstünlük verilir. xalçaçılarımız bu rənglərlə xal-
çalara təravət, bahar ətri gətirmək istəyirlər.
- Sizcə, xalça sənətini yaşatmaq, təbliğ etmək
üçün nə etmək lazımdır?
- İlk növbədə bölgələrimizdə xalçaçılığı inki-
şaf etdirmək lazımdır. Bu sənəti yaşatmaq istə-
yiriksə, peşə məktəbləri açmaq, kurslar təşkil
etməklə yanaşı, fəaliyyət göstərən özəl kiçik
müəssisələrə də yardım etmək lazımdır. Əgər
hansısa dağ kəndində bir xalçaçı qadın sifariş
götürərsə, o həm xalça toxuyar, həm ailəsinə
baxar, həm də bu sənəti uşaqlarına öyrədər.
Keçmişdə nənələrimiz də bu sənəti öz övladla-
rına bu yolla öyrədiblər. Əgər keçmiş ənənəni
yaşatmaq istəyiriksə, keçmişin təcrübəsini əsas
götürməliyik. xalçaçının ustadı elə öz anası,
nənəsi olmalıdır. Gərək xana, toxunan xalça
evdə uşaqların gözünün qabağında olsun ki,
bu sənətə bağlana bilsinlər. xalçaçılıq çox gözəl
sənətdir. Onu unudulmağa qoymayaq, yaşa-
daq, nəsildən nəslə ötürək.
1...,86,87,88,89,90,91,92,93,94,95 97,98,99,100,101,102,103,104,105,106,...204