105
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Azərbaycanda toxunan xalçalara üstünlük veriridi. xəstələri qəbul etdiyi otaq
başdan-başa qaşqaylara məxsus xalça və kilimlərlə döşənib. Freydin bu seçimi
təsadüfi deyil. Parlaqlığı, rəngarəngliyi və sadəliyi ilə fərqlənən qaşqay xalçaları,
çox güman ki, xəstələrə rahatlıq, ruh yüksəkliyi gətirirdi. Zərif toxunuşlu bu xal-
çaların rəng palitrası, incə naxışları yuxu danışmaq üçün lazım olan bir mənzərə
yaradırdı. Qaşqay xalçası üzərində uzanan pasiyentlər öz xatirələrini, arzularını,
fantaziyalarını danışır, problemlərini bölüşür, əvəzində isə xalçanın ötürdüyü
müsbət enerji sayəsində sakitlik, dinclik tapırdılar.
Ziqmund Freydin qonaq otağında yerə salınan əntiq xalça isə
Cənubi Azərbaycanın digər bölgəsində – Sultanabadda toxunub.
Bədii tərtibatına görə Heris xalçalarını xatırladan bu xalça
yüksək keyfiyyəti, zəngin və isti rəng palitrası ilə göz ox-
şayır. xIx əsrin sonlarında Cənubi Azərbaycanda Avropa
bazarına hesablanan xalçaların dizaynında Qərb üslubu
tətbiq edilir, qərblilərin tələbatına uyğun xalçalar toxunur-
du. Elə bu xalçada da qərbə məxsus rəng palitrasından
istifadə edilib.
xalça palmetlərlə, nəbati naxışlarla bəzədilib. xalçanın
rəng həlli qızılı, fil dişi və darçını rənglərlə tərtib edilib.
Yaşıl və sarı rənglərin müxtəlif tonları isə xalçaya kübarlıq
gətirir.
1...,97,98,99,100,101,102,103,104,105,106 108,109,110,111,112,113,114,115,116,117,...204