114
Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan kəndində dünyaya göz
açıb. Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini əla
qiymətlərlə bitirdikdən sonra təhsilini o vaxtkı Leninqrad Rəssamlıq Akademi-
yasında davam etdirir. Xalçaçılıq sənətinə marağı isə Vətənə qayıtdıqdan son-
ra başlayır. Əvvəlcə Azərbaycan Elmlər Akademiyasında xalçaçılıq şöbəsində
işləyir, daha sonra isə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində baş
rəssam kimi çalışır. Əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini,
baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirir. Sonralar özünün “Xalı”
şirkətini yaradır. Hazırda Dövlət Rəssamlıq Akademiyasında baş müəllim
vəzifəsində çalışır, Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə
sədr müavinidir .
1986-cı ildən SSRİ Rəssamlar İttifaqının, 2004-cü ildən Rusiya Rəssamlar
İttifaqının və YUNESKO yanında Rəssamlar Birliyinin üzvüdür. Müəllifi ol-
duğu “Yaranış” xalçası Frankfurtda keçirilən beynəlxalq sərgidə qızıl medala
layiq görülüb. Əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə
Ərəbistanı, Küveytdə şəxsi kolleksiyalarda saxlanılır.
1...,106,107,108,109,110,111,112,113,114,115 117,118,119,120,121,122,123,124,125,126,...204