115
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
nu bir daha işlədim. İndi isə üçüncü dəfə “Şəbi-
hicran”a müraciət edirəm.
– Bəs bu üç əsər arasında nə kimi fərqlər var?
– İlk işimdə dünyanı və Füzulini az dərk
edirdimsə, indi onları daha çox duyuram. Bu,
xalçaların rəng həllində hiss olunur. İlk “Şəbi-
hicran”da xalça açıq rənglərlə toxunub. İkincidə
tutqun rənglərə üstünlük vermişəm–“Şəbi- hic-
ran” adına daha uyğun. Həmdə bu əsərdə təsvir
etdiyim şamların fəlsəfi mənası var. Sönmüş
şamlar bu dünyada vüsala çatmayan Leyli və
Məcnunu ifadə edir. Yuxarı hissədə şölələnən
şam isə onların ruhunun axirətdə qovuşdu-
ğunu göstərir. İkinci “Şəbi-hicran”ı birincidən
fərqləndirən digər cəhət isə haşiyələrdə Leyli
və Məcnunun həyatından məqamların təsvir
olunmasıdır. Bu əsərimdə təsvir olunan ağac-
ların içində də digər təsvirlər var. Üçüncü
əsərdə isə tamam başqa bir formadan istifadə
etmişəm. Füzulini ağaclarla yox, qayalar, dağ-
larla yaratmışam. Kompozisiya isə Tuba ağacı-
nın təsviri ilə bitir. Burada Səttar Bəhlulzadə və
Üzeyir Hacıbəyovun da obrazlarını vermişəm.
Çünki bu iki şəxsiyyət Füzuli yaradıcılığı ilə sıx
ünsiyyətdə olub.
– Digər işinizdə daha bir yeniliyə imza atmı-
sınız: ilk dəfə xalçada, xalçanın yaranma pro-
sesini bütün mərhələləri ilə göstərmisiniz...
– Bu mövzu təsadüfən yarandı. Xaricdən
gələn qonaqlarım məndən xahiş etdilər ki, xal-
çanın neçə toxunduğunu onlara göstərim. Mən
rəngbərəng ilmələr vuranda onlar təəccüb­
ləndilər – elə bilirdilər ki, biz xalçaları ağ iplər­
lə toxuyub, sonra rəngləyirik. Düzü, pis ol-
dum – bu qədər əziyyətdən xəbərləri yoxdur.
Qərblilərin heç ağlına da gəlmir ki, insanda bu
qədər səbir, hövsələ ola bilər. Ona görə də, xal-
çanın necə ərsəyə gəldiyini göstərmək ideyası
yarandı. Qoyunların otarılmağından tutmuş
xalçanın bazarda satılmasına qədər bütün pro-
sesi əks etdirdim. Həmin çeşni əsasında da xal-
ça toxundu. Əslində, bu əsərlə təkcə xalçanın
yox, eyni zamanda ailənin, dövlətin yaranması
prosesini də göstərmişəm. Dövlətin yaranması
üçün üç amil vacibdir. Dil, ərazi, iqtisadiyyat.
Vaxtilə bizim iqtisadiyyatımıza valyuta gətirən
xalça olub. Xalçaçılıq təkcə mədəniyyətin deyil,
həm də iqtisadiyyatın mühüm sahəsidir. Bu
xalçada ailə ilə bağlı bir səhnə vermişəm: qız-
la oğlan kələfdən ip açırlar. Bu kompozisiyada
“Şeyx Səfi”, “Pazırık”, “Pirəbədil”, “Sərab”,
“Xilə-Buta”, “Çiçi” xalçalarının, vərni, Qarabağ
xurcunlarının da təsvirini vermişəm. Xalçanın
yuxarı hissəsində isə öz yazdığım bayatı yer
alıb:
Əzizinəm, xana qursam,
Xanə içrə xana qursam;
O gün mənə azar gələr,
Mən xanadan yana dursam.
– Xarici ölkələrdə fərdi sərgiləriniz çox olub.
Sizcə, əcnəbiləri işlərinizdə cəlb edən nədir?
– Altımış əsərimdən əlli yeddisi xarici ölkələr­
də fərdi kolleksiyalarda və muzeylərdə saxlanı-
lır. Bu o deməkdir ki, əcnəbilərin Azərbaycan
incəsənətinə, mədəniyyətinə marağı böyük-
dur. Bizim düşüncə tərzimiz, dünyanı necə
dərk etməyimiz onlara maraqlı gəlir. Xalçaları-
mız isə onların ruhunu oxşayır, onlara müsbət
enerji gətirir, onları daxilən zənginləşdirir. Ona
görə də, xalçalarımızı alıb kolleksiyalarına daxil
edirlər.
– Belə çıxır ki, xarici ölkələrdən yetərincə si-
fariş alırsınız...
– Sifarişlərim olur. Rusiyada “Xilaskarın mə­
bədi” pravoslav kilsəsi tikiləndə mənə “İsa
peyğəmbərin həyatı” adlı əsər sifariş edil­di.
Daha sonra iki rəsm əsərimi aldılar. “Məryəm
və Zəkəriyyə” əsərimi isə Roma Ka­tolik
Kilsəsi alıb. Bu hadisə “İncil”də, “Tövrat”da,
həmçinin, “Qurani-Kərim”də əks olunub. Hər
üç müqəddəs kitabda hadisələr bir-birindən
fərqlənir. Mənim çəkdiyim əsərdə hadisə
“Qurani-Kərim”də olduğu kimi göstərilib.
Mən İsa Məsihin doğuluşundan tutmuş, göy­
lərə çəkilməsinə qədər bütün həyatını göstər­
mişəm. Roma Katolik Kilsəsinin bu mövzuda
elan etdiyi müsabiqənin qalibi oldum. Əvvəl­
cə müsəlmanın çəkdiyi əsərin kilsədə olma-
sını düzgün hesab etməsələr də, müəllifin
peşəkarlığını görüb, qəbul etdilər.
– Baxıram ki, əsərlərinizə imza qoymursu-
nuz. Heç bir əsərinizə imza atmırsınız?
– Heç birinə. Əsərlərimin kimə məxsus oldu-
ğunun bilinməyi vacib deyil. Əsas odur ki, bu
əsərlərdə azərbaycanlı ruhu olsun. Mən gördü-
yüm işlə öyünmürəm. Bu, xalq sənətidir. Mən
bir kərpic qoyuram, məndən sonra gələn də bir
kərpic qoyacaq. Bu xalçalarda, rəsm əsərlərində
fərdlərin yox, bütünlükdə Azərbaycanın imzası
var. Bu gün biz “Pirəbədil”, “Xilə-Əfşan”, “Şeyx
Səfi” ilə fəxr edirik, onların ilk müəlliflərini ax-
tarmırıq, “bizim xalçalardır” deyirik. Yüz ildən
sonra bizim gələcək nəsil nə ilə fəxr edəcək?
Bunun üçün çalışmaq lazımdır. Bugünkü İran
1...,107,108,109,110,111,112,113,114,115,116 118,119,120,121,122,123,124,125,126,127,...204