30
hesabına özünə “mədəniyyət” yaratma-
ğa çalışan erməni qəsbkarlarına sarsı-
dıcı zərbədir. Bu broşür konkret faktlar
və maddi dəlillər əsasında yazılmaqla
Azərbaycanın erməni işğalçılarına qarşı
informasiya müharibəsində çox mühüm
hücum aktıdır. Broşürün Naxçıvan tarixi-
nin öyrənilməsində də böyük əhəmiyyəti
vardır. Naxçıvan xalçalarında bir neçə
dövrün izləri yaşadılmaqdadır.
AMEA Naxçıvan Bölməsinin sədri,
akademik İsmayıl Hacıyev Azərbaycan
xalçaları haqqında fundamental ki-
tabların çap olunmasını, Azərbaycan
xalçalarının Naxçıvan qrupu barədə bö-
yük elmi əhəmiyyətə malik olan belə bir
broşürün nəşrini əlamətdar hadisə kimi
dəyərləndirmişdir.
Layihənin rəhbəri, “Azərbaycan xalçaları”
jurnalının baş redaktoru, professor Vidadi
Muradov çıxışında bildirmişdir ki, broşürdə
Yer kürəsində həyatın başlandığı ilk insan
məskənlərindən biri olan qədim Naxçıvanın
keçdiyi zəngin tarixi inkişaf yolu, burada to-
xuculuq mədəniyyətinin formalaşması haq-
qında ətraflı məlumat verilir. Azərbaycan
xalçaçılığında mühüm yeri olan Naxçıvan
xalça məktəbi, Naxçıvan xalçalarının texni-
ki və bədii xüsusiyyətləri, kilim, cecim və
zili kimi xalça növləri ayrı-ayrılıqda tədqiq
və təhlil olunur. Naxçıvan qrupu xalçaları
iki qrupa – xovsuz və xovlu texnika ilə to-
xunan xalça növlərinə ayrılır. Həmin xalça-
ların keçdiyi inkişaf yolu isə 4 əsas və ardı-
cıl dövrə bölünür. Bu barədə broşürdə elmi
tədqiqatlara söykənən və xovsuz texnika ilə
toxunan xalçalara aid olan həsir, çətən, pa-
laz, cecim, kilim, vərni, şəddə, zili, sumax,
ladı, xovlu texnika ilə toxunan xalı və xalça-
lar barədə məlumatlarla tanış olmaq müm-
kündür.
Tədbirdə AMEA-nın A. A. Bakıxanov adı-
na Tarix İnstitutunun əməkdaşı, tarix elmləri
doktoru, professor Kərim Şükürov və Nax-
çıvan Dövlət xalça Muzeyinin direktoru
Zəminə Gülməmmədova da çıxış etmişlər.
Sonra “Azərbaycan xalçaları: Naxçıvan
qrupu” broşürü haqqında hazırlanmış slayd
nümayiş etdirilmiş, tədbir iştirakçıları Nax-
çıvan Dövlət xalça Muzeyinin eksponatları
ilə tanış olmuşlar.
Naxçıvan Dövlət Xalça Muzeyinin
direktoru Zəminə Gülməmmədova
Tədbir iştirakçıları
1...,22,23,24,25,26,27,28,29,30,31 33,34,35,36,37,38,39,40,41,42,...204