23
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
lir. Əsərlərin hər biri orijinallığı, bədii üslubu ilə
diqqət çəkir. Bir-birindən fərqli, avanqard ide-
yaların hakim kəsildiyi bu sənət əsərləri müasir
Azərbaycan incəsənətinin özəlliyindən xəbər
verir. Orijinal zövqün və düşüncənin, incə ru-
hun bir məkanda təqdim olunduğu bu sərgidə
qeyri-ənənəvi ifadə texnologiyaları maraq do-
ğurur. Sərgiyə qatılanlar sırasında müxtəlif
illərdə Venesiya Biennalesində ölkəmizi təmsil
edən rəssamların, həmçinin, xarici ölkələrdə ya-
şayan gənc fırça ustalarının, əsərləri beynəlxalq
nüfuzlu tədbirlərdə sərgilənən incəsənət adam-
larının adları vardır. Sərgidə nümayiş olunan
əsərlər bir daha sübut edir ki, incəsənətin im-
kanları sonsuzdur və o, heç bir məhdudiyyət
tanımır. Son illərdə Azərbaycanda çox istedad-
lı gənclər yetişmişdir. Heç şübhəsiz ki, bunun
təməlində ölkədə gənclərə göstərilən dövlət
qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun
istedadlı gəncləri üzə çıxarmaq istiqamətində
reallaşdırdığı çoxlu sayda uğurlu layihələri
də dayanır. Azərbaycan dünya incəsənətinə
əvəzsiz töhfələr vermişdir. Ölkəmizin təbliği
baxımından bu cür mərasimlərin təşkil edilməsi
çox əlamətdar hadisə olmaqla yanaşı, həm də
gənc azərbaycanlı rəssamların dünyaya tanı-
dılmasında da müstəsna rol oynayır. Şübhəsiz
ki, bu sərgidə azərbaycanlı müəlliflərin işləri
ziyarətçilərin əksəriyyətində müxtəlif xoş hisslər
oyadaraq, insan qəlbinin ən incə tellərinə toxu-
nur. Londonda keçirilən sərgiyə çox ciddi hazır-
lıq işləri görülüb. Çünki bu, miqyasına və möv-
zusuna görə çox böyük sərgidir.
Tədbir zamanı qonaqlara “Baku” jurnalının in-
gilisdilli versiyasının növbəti sayı paylanmışdır.
Burada nümayiş olunan əsərlərə ilk gündən
göstərilən böyük maraq deməyə əsas verir ki,
yanvarın 17-dən 29-dək keçiriləcək sərgi uğur-
lu olacaq və London ictimaiyyəti arasında geniş
əks-səda doğuracaqdır.
Avanqard çalarlarla zəngin olan bu sərgi-
nin ovqatı həm də onu nümayiş etdirdi
ki, Azərbaycanda mədəniyyətə, sənətə və
sənətkarlara böyük diqqət göstərilir, ölkəmizdə
mədəniyyətin inkişafı üçün daha münbit
şəraitin yaradılması, mədəniyyət və incəsənət
nümayəndələrinin azad yaradıcılıq imkanları-
nın təmin edilməsi yolunda müntəzəm surətdə
tədbirlər həyata keçirilir. Bu tədbirlərdə dövlət
qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun da
böyük xidmətləri vardır.
Sərgi ilə tanış olanlar ekspozisiya haqqında
yüksək fikirlər söyləmişlər.
“Phillips de Pury & Company”nin rəhbəri
Simon de Püri: “Bu sərgini Londonda təşkil
etməyimizdən çox məmnunuq. Bu sərgidə Bakı-
da, ümumiyyətlə Azərbaycanda görülən işlərin
fərqli aspektləri aydın görünür. Burada çox ma-
raqlı rəsmlər, heykəllər, videosənət nümunələri
təqdim olunub ki, onlar bu gün Azərbaycanda
mövcud olan canlı koloriti əks etdirir. Şübhəsiz,
bu sərginin təşkil olunmasında Heydər Əliyev
Fondunun rolu böyükdür. Leyla Əliyeva lap
əvvəldən bu layihənin aparıcı qüvvəsi olub”.
İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri Lord
Freyzer: “Birləşmiş Krallıqla Azərbaycan arasın-
da dostluq əlaqələri yüksək səviyyədədir, lakin
onları daha da möhkəmləndirmək olar. Mənim
məqsədimdə bu əlaqələri istərmədəni, istər siya-
si və digər sahələrdə daha da gücləndirməkdir.
Məni ən çox heyran edən və məndə maraq do-
ğuran əsas məsələ odur ki, Azərbaycanda ötən
dövrdə çox böyük işlər görülüb”.
Məşhur futbolçu Andrey Arşavin: “Heydər
Əliyev Fondunun təşkil etdiyi tədbirlər həmişə
böyük maraq doğurur. Bu sərgiyə gətirilən
Azərbaycanın müasir incəsənət nümunələri
məndə böyük maraq doğurdu. Onu da deyim
ki, keçən yay ölkənizdə olmuşam. Həmin səfər
məndə unudulmaz təəssüratlar yaradıb”.
“Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti”
sərgisinin kuratoru Erve Mikaelof: “Bu
sərginin təşkili gözəl hadisədir. Çünki bu sərgi
Azərbaycandakı müasir incəsənət haqqında
dolğun təəssürat yaradır, ölkənizdə incəsənətin
müxtəlifliyini göstərir. İnsanlar da bu sərgiyə
böyük maraq göstərdilər. Zənnimcə, bu işdə
Heydər Əliyev Fondunun zəhməti böyükdür”.
Azərbaycanlı rəssam Məmməd Mustafayev:
“Londonda bu tədbirin keçirilməsi Azərbaycan
təsviri sənəti üçün bütün dünyaya yeni qapılar
açır. Azərbaycan təsviri incəsənəti bütün dünya-
ya tanıdılır. Bu sahədə də Heydər Əliyev Fondu-
nun rolu böyükdür”.
Beləliklə, İngiltərə paytaxtında təşkil edi-
lən sərgi Azərbaycan mədəniyyətinin bənzər-
sizliyinin nümayişi üçün daha bir imkan oldu.
Londondan sonra bu cür sərgilərin Berlin, Pa-
ris, Roma, Nyu-York, Moskva, Bakı və digər
şəhərlərdə keçirilməsi nəzərdə tutulur.
1...,15,16,17,18,19,20,21,22,23,24 26,27,28,29,30,31,32,33,34,35,...204