27
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
- Bu sizinAzərbaycana ilk səfərinizdir? Ölkə-
mizlə bağlı təəssüratlarınızı bilmək maraqlı
olardı...
- Bəli, birinci dəfədir ki, Azərbaycandayıq. İn-
sanlarınız da, ölkənizdə gedən inkişaf da bizdə
xoş təəssüratlar yaratdı. Amma Azərbaycana
üç-dörd günlük səfərimiz çərçivəsində yal-
nız Bakını gəzmək imkanımız oldu. Burada
muzeylərdə, müxtəlif mədəniyyət ocaqlarında,
idman mərkəzlərində olduq. Fərqli mədəniyyət,
fəqrli ənənələrlə tanış olsaq da, Azərbaycan
və Serbiya arasında oxşar nüasların da şahidi
olduq. Eyni zamanda prezidentlərimizin sıx
əlaqəsi xalqlarımız və ölkələrimiz arasında da
sarsılmaz dostluq münasibətləri yaradıb.
- Azərbaycan xalçalarını necə, bəyəndinizmi?
- Çox bəyəndik. Rəngarəng xalçalarınız göz
oxşayır. Siz bu gözəl xalçaları toxumaqla tari-
xinizi, incəsənətinizi, qədim ənənələrinizi yaşa-
dır, qoruyub saxlayırsınız. Sizin sexdə gəzəndə
uşaq vaxtı kilim toxumağım yadıma düşdü. Bir
anlıq gözümün önündə uşaqlıq xatirələrim can-
landı. Nənəm yerdə qurulmuş taxta dəzgahda
kilimə ilmələr vurduqdan sonra məni çağırardı
ki, onları həvə ilə sıxlaşdırım. Bu, uşaqlığımın
unudulmaz xatirələrindən biridir.
- Serbiya və Azərbaycan xalçaçılığı arasında
oxşar cəhətlər varmı?
- Bunları muqayisə edə bilmərik. Cünki Azər-
baycandan fərqli olaraq, Serbiyada bu qədər
fərqli xalça növləri yoxdur. Bizim xalçaçılıq
ənənələrimiz kilim toxumaqla məhdudlaşır.
Amma bu kilimlər Azərbaycan və Türkiyə
kilimlərinə çox oxşayır. Biz yüz illərlə Osman-
lı İmperiyasının tərkibində olduğumuza görə
istər tarix, istərsə də incəsənət baxımdan ox-
şar cəhətlərimiz var. Bizdə də qədim ənənələr
yaşadılır, kilim toxunan sexlərimiz indi də
fəaliyyət göstərir. Ən müasir evdə belə, azı bir
qədim kilim görmək olar. Serbiya ənənələrə
sadiq ölkədir. Cənubunda bu ənənələr daha
çox gözə çarpır. Bizdə də kilimləri sizdəki
kimi həm yerə sərir, həm də masa, yataq örtü-
yü kimi istifadə edirlər. Kilimlərimizdə əsasən
həndəsi elementlərə rast gəlmək olar. Bunlar
sizin xalçalarınızdakı həndəsi naxışlara çox
oxşayır. Biz də ölkəmizə gələn xarici qonaq-
lara kilim hədiyyə etməyi xoşlayırıq. Çalış-
malıyıq ki, bu sənəti qoruyaq və gələcək nəslə
çatdıraq. Sizin hal-hazırda inşa etdiyiniz xal-
çaçılıq məktəbi bu sənətin gələcək nəslə qədim
ənənələrə əsaslanaraq ötürülməsində ən mü-
hüm vasitədir. Bu ideyanın müəllifi professor
Vidadi Muradov xalçaçılığın inkişafı üçün çox
dəyərli işlər görür. Məktəb açılanda gəlib sizin
şagirdlərə kilim toxumağı öyrədəcəm (gülür).
- Avropalılar Şərqə ekzotika kimi baxırlar.
Bu baxımdan Azərbaycan sizin üçün nə maraq
kəsb edir?
- Qədim ənənələri qoruduğunuzu görmək
çox gözəldir. Eyni zamanda müasir yöndə inf-
rastruktura, arxitekturaya sahib olmaq da ayrı
bir gözəllikdir. Ən maraqlısı odur ki, siz həm
Şərq, həm də Qərbsiniz. Mən Azərbaycana gəl-
məmişdən əvvəl düşünürdüm ki, siz tamamilə
Şərq ölkəsisiniz. Amma bura gələndən sonra
sizin də Qərbin ayrılmaz bir hissəsi olduğu-
nuzu gördüm. Ənənələriniz, mədəniyyətiniz,
incəsənətiniz, qonaqpərvərliyiniz, tarixiniz
Şərq olduğunuza sübutdur. Ölkənizin yeni si-
ması, texnologiyası, sənayesi, ticarəti isə Qərb
olduğunuzu göstərir. Ölkənizə səfərimin məhz
belə bir inkişaf dövrünə təsadüf etdiyi üçün
özümü xoşbəxt hiss edirəm. Ölkənizin gələcəyi
çox parlaq olacaq, buna şübhəm yoxdur.
Düşünürəm ki, ölkələrimiz bir-birindən çox şey
öyrənə bilər.
1...,19,20,21,22,23,24,25,26,27,28 30,31,32,33,34,35,36,37,38,39,...204