33
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Müasir incəsənət bizi əhatə
edən dünyanı tamam fərqli
şəkildə, qəbul olunmuş bütün
qaydaları dağıtmaqla göstərir.
Bu gün zaman anlayışı, insanla-
rın həyata baxışı, düşüncə tərzi
o qədər müxtəlifdir ki, “müasir
incəsənət” məfhumunu hansısa
bir qəlibə sığışdırmaq mümkün
deyil. Amma bir fakt faktlığında
qalır – müasir incəsənət yeni re-
allıq yaradır. Bakıda bu reallığı,
bu yeni nəfəsi Müasir İncəsənət
Muzeyində hiss etmək olar.
Bu məkanda müəlliflərin təh-
təlşüurunda gizlənən qəribə,
parlaq obrazlar dünyasına dü-
şürsən.
1...,25,26,27,28,29,30,31,32,33,34 36,37,38,39,40,41,42,43,44,45,...204