25
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Yanvarın 26-da Davosda Dünya İqtisadi Forumu çərçivəsində təşkil edilən “Azərbaycan
– sehrli rənglər diyarı” kampaniyası çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin “SOCAR – Azərbaycanın enerjisi” adlı təqdimatı keçirilib.
Forumda reklam aksiyası vasitəsi ilə Azərbaycanın iqtisadi və mədəni potensialı haqda
geniş məlumat verilib, əsas tədbirlərin keçirildiyi üç min nəfərlik Konqres Mərkəzində
Azərbaycan xalçalarından ibarət kolleksiya nümayiş etdirilib. Sərgidə tədbir iştirakçıla-
rına Bakının, Şirvanın, Qarabağın, Qubanın, Qazaxın, Təbrizin, Gəncənin və Naxçıvanın
nəfis toxunuşlu, əsrarəngiz xalçaları təqdim olunub.
Tədbiri girişnitqi iləaçanARDNŞprezidenti RövnəqAbdullayev iştirakçılaraAzərbaycan
və ARDNŞ haqda geniş məlumat verib, Avropanın enerji təhlükəsizliyində ölkəmizin
tutduğu mühüm mövqe və oynadığı rol, neft-qaz marşrutlarının şaxələndirilməsi kimi
məsələlər haqqında danışıb. Təqdimatda enerji məsələləri üzrə Avropa komissarı Günter
Ottinger, Gürcüstanın Baş naziri Nika Gilauri də çıxış edərək enerji əməkdaşlığı sahəsində
Azərbaycanın etibarlı tərəfdaş olmasından söz açmışlar. ForumdaAzərbaycan nümayəndə
heyətində təmsil olunan nazirlər – Ə. Abbasov, S. Şərifov, H. Bağırov, Azərbaycan
Beynəlxalq Bankı İdarə Heyətinin sədri C. Hacıyevlə yanaşı, “Deutsche Bank”, “Tüssen
Qrup”, “LUKoyl”, “RWE”, “BNP Paribas”, “Blackstone”, “Edisson”, “Ernst and Young”
kimi tanınmış beynəlxalq korporasiyaların, bankların, iri KİV-lərin rəhbərləri, Beynəlxalq
Valyuta Fondunun nümayəndələri, Avropa ölkələri parlamentlərinin deputatları, rəsmi
şəxslər iştirak ediblər.
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...204