21
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
TədbirdəAzərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanı-
dılması istiqamətində həyata keçirdiyi tədbirlərin sırasına daha biri əlavə
olunmuşdur. Londonun məşhur “Phillips de Pury & Company” sərgi qale-
reyasında Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versi-
yasının dəstəyi və təşkilatçılığı ilə açılan “Bakıya uçuş. Müasir Azərbaycan
incəsənəti” sərgisi Fondun prezidenti Mehriban xanım Əliyevanın və vit-
se-prezidenti Leyla Əliyevanın fəaliyyətində mədəniyyətimizin təbliğinin
prioritet istiqamətlərdən biri olduğunu bir daha təsdiqləmişdir. Bu sərginin
ideyası Leyla Əliyevaya məxsusdur. Sərginin kuratoru isə dünyada məşhur
layihələrin müəllifi Erve Mikaelofdur.
“Phillips de Pury & Company” şirkətinin rəhbəri Simon de Püri demiş-
dir ki, ötən ilin yayında həyat yoldaşı ilk dəfə Bakıya səfər edib. Səfər za-
manı Azərbaycan rəssamlarının əsərlərinin rəngarəngliyi və həyat ehtirası,
keyfiyyəti və orijinallığı onu heyran qoyub. Nəticədə bu sərgini keçirmək
qərarına gəlib.
London elitasının üzvlərinin qatıldığı bu sərgi Britaniya paytaxtında
Azərbaycan incəsənətinə böyük marağı bir daha aydın şəkildə nümayiş etdi-
rir. İngiltərənin paytaxtında keçirilən və çox sayda müasir rəssamların iştirak
etdiyi “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərgiyə
gələnlərin sayı bunu deməyə əsas verir.
Sərginin açılışında çıxış edən “Phillips de Pury & Company” şirkətinin
rəhbəri Simon de Püri belə möhtəşəm tədbirin məhz onun qalereyasında
keçirilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, bu cür tədbiri məhz Lon-
donda keçirmək çox əlamətdar hadisədir.
Simon de Püri sərginin təşkilində Heydər Əliyev Fondunun dəstəyinə görə
minnətdarlığını bildirmiş, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,
birinci xanımMehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın
Azərbaycan incəsənəti və mədəniyyətinin təbliği istiqamətində gördüyü
işləri yüksək qiymətləndirmişdir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva çıxış
etmişdir.
Xanımlar və cənablar!
Bu axşam “Bakıya uçuş” adlı sərgiyə gəldiyiniz üçün sizə təşəkkür edirəm. Gördüyünüz kimi, biz doğrudan
da, heyrətləndirən və ilhamlandıran sənət əsərlərinin əhatəsindəyik. Burada sərgilənən dinamizm və yaradı-
cılıq bu gün mənim Vətənim Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir. Mənim ölkəm misli
görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir.
Müstəqil Azərbaycan nisbətən cavan ölkədir. Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 20 illiyini
qeyd etdik. Bu qədər cavan olmağımıza baxmayaraq, bizim qədim tariximiz vardır. Azərbaycan müsəlman
Şərqində ilk ölkədir ki, burada 1918-ci ildə qadınlar səsvermə hüququ qazanmış, 1901-ci ildə müsəlman qızlar
üçün ilk məktəb tikilmişdir. Azərbaycan, eyni zamanda, Şərqdə ilk opera və baletin səhnələşdirildiyi ölkədir.
Beləliklə, biz bir çox ilklərə imza atmış ölkəyik və bu gün də bu fəlsəfəni davam etdiririk. Keçən il biz “Eu-
rovision” mahnı müsabiqəsində birinci olduq. Bu il müsabiqənin keçiriləcəyi Bakıda Avropanı qəbul etməyi
səbirsizliklə gözləyirik.
Leyla Əliyevanın çıxışı
1...,13,14,15,16,17,18,19,20,21,22 24,25,26,27,28,29,30,31,32,33,...204