22
Lakin müasir Bakı xalq mədəniyyətini təkcə musiqi
vasitəsilə bayram etmir. Bakını gəzərkən siz küçələr
boyu ətrafınızda sürətli inkişaf görə bilərsiniz – Zaha
Hadidin şah əsərindən tutmuş yeni mağazalar, resto-
ranlar və mehmanxanalar düzülmüş prospektlərədək,
Xəzər dənizinin sahilində bulvaradək! Bu, gözünü-
zün önündə dəyişən şəhərdir. Bakının memarlığı
özündə təkcə IX əsrə aid Qız Qalasında əksini ta-
pan köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə
Qərbi, Zərdüşt məbədləri ilə müasir binaları və XX
əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız
şəhərsalma mədəniyyətini özündə təcəssüm etdirir.
Bildiyiniz kimi, incəsənət mənim böyük həvəslə
yanaşdığım bir sahədir. Ömrüm boyu mən müasir
incəsənəti tədqiq etməkdən zövq almışam – istər vaxtı
ilə Londondakı Teyt muzeyini gəzərək, istər indi Ba-
kıda Müasir İncəsənət Muzeyində sərgilənən əsərləri
təhlil edərək. Mən də rəsm çəkməyi sevirəm və həmişə
ürəklərini, ruhlarını yaratdıqları əsərlərə qoyan
rəssamlara pərəstiş etmişəm.
Buna görə də, mən bu möhtəşəm əsərlərin yanvarın
sonunadək Londonda, daha sonra isə bütün Avropada
beynəlxalq auditoriyaya sərgilənməsinin bir hissəsi
olmağımdan çox həyəcanlıyam. Burada görəcəyiniz
əsərlərin bir çoxu gənc və eyni zamanda, məşhur
rəssamların işləridir, çoxu məhz bu sərgi üçün yara-
dılıb; buna görə də, ilk dəfə sərgilənir.
Azərbaycanın hər bir tərəfindən 21 rəssamın
yüzlərlə əsərinin burada sərgilənməsindən dərin qü-
rur hissi keçirirəm. Düşünürəm, razılaşarsınız ki, bu
gün Bakıda necə də canlı müasir incəsənət dünyası
mövcuddur.
Bu tədbiri bu cür gözəl şəraitdə təşkil etdiyim üçün
özümü çox xoşbəxt hiss edirəm. Bu layihənin ərsəyə
gəlməsində Mikayelanın və Simonun böyük dəstəyi
olub. Onların burada–Hovik Pleysdəki qalereyası
fenomenal məkandır. Təqribən il yarım öncə burada
təşkil olunmuş bir sərgiyə gəldiyim an mən yəqin et-
dim ki, bu qalereya bu sərginin keçiriləcəyi yer olacaq-
dır. Düşünürəm, şübhəsizdir ki, məkan və incəsənət
bir-birlərini tamamlayır.
Erve Mikaelof, Emin Məmmədov və onların ko-
mandaları rəsmdən tutmuş instalyasiyalar, videolar,
fotoşəkillər və ifalaradək müasir incəsənətin bütün
formalarını özündə cəmləyən ruhlandırıcı sərgi ya-
ratmaq üçün bu fərqli rəssamları bir araya gətiriblər.
Əziz qonaqlar, bu axşam “Bakıya uçuş” adlı sərgidə
iştirakınıza görə sizə təşəkkür edirəm. Bu tədbir
mənim üçün böyük əhəmiyyət kəsb edir. Mən şadam
ki, bu sərgi bu gün London kimi gözəl bir şəhərdə açı-
lır. Bu tədbirə vaxtlarını və səylərini sərf etmiş bütün
bizim təşkilatçılarımıza və əlbəttə ki, parlaq istedad-
lı azərbaycanlı rəssamlara təşəkkür etmək istərdim.
Ümid edirəm ki, hamınız yaxşı axşam keçirəcəksiniz.
Çox sağ olun.
Daha sonra çıxış edən sərginin kuratoru
Erve Mikaelof bildirmişdir ki, bu ekspozisiya
zənginliyi ilə diqqət çəkir və burada təqdim
edilən əsərlər orijinallığı ilə seçilir. O, qeyd et-
mişdir ki, Azərbaycan incəsənətinin dərin tarixi
kökləri var və belə tədbirlər onu dünyada daha
yaxşı tanıtmağa xidmət edir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva, Fon-
dun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar
sərgi ilə tanış olmuşlar.
Qonaqlar gənc rəssam Əli Həsənovun müəllifi
olduğu performansı izləmişlər. Təqdimatın
məğzi insan həyatından bəhs edir. Rəssam nü-
mayiş etdirir ki, insan doğulandan ölənədək
həyatın əziyyətlərinə qatlaşmalı olur.
Əlamətdar haldır ki, sərginin iştirakçıları
arasında Heydər Əliyev Fondunun vitse-pre-
zidenti Leyla Əliyevanın da adı vardır. Lon-
donda keçirilən sərgiyə fəal hazırlaşan Leyla
Əliyevanın burada bir neçə əsəri təqdim edi-
lir. Leyla Əliyevanın çəkdiyi müxtəlif nağıl
qəhrəmanlarının illüstrasiyaları maraqla qarşı-
lanmışdır. Onu da deyək ki, bu illüstrasiyalar-
dan gələcəkdə rus və ingilis dillərində işıq üzü
görəcək “Biri var idi, biri yox” nağıl kitabında
istifadə ediləcəkdir. Leyla Əliyevanın müəllifi
olduğu “Nar”, “Nar ağacı”, “Həyat davam edir”
və digər rəsm əsərləri də orijinallığı ilə tamaşaçı-
ların dərin marağına səbəb olmuşdur.
Sərgidə bir çox gənc rəssamlarla yanaşı, Aida
Mahmudovanın əsəri də bənzərsizliyi və üslu-
bu ilə tamaşaçıları özünə cəlb etmişdir. Bu əsər
də ideyasının və təsvir üslubunun orijinallığı ilə
seçilir.
Sərgidə tanınmış rəssamlar Altay Sadıqza-
dənin, Ənvər Əsgərovun, Mirnadir Zeynalo-
vun, ümumiyyətlə, 21 müəllifin boyakarlıq,
qrafika, heykəltəraşlıq, fotoqrafiya, video janrla-
rında bir-birindən maraqlı əsərləri təqdim edi-
1...,14,15,16,17,18,19,20,21,22,23 25,26,27,28,29,30,31,32,33,34,...204