29
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Tədbirlər Planı bu sahəyə ictimai və elmi
diqqəti daha da artırmışdır. Çox böyük
tarixi, elmi və mədəni əhəmiyyəti olan
bu sərəncam xalq sənətinin inkişafına
və qorunmasına təkan vermiş, Naxçı-
van Muxtar Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə dekora-
tiv, tətbiqi, bədii tikmə və toxuma sənəti
sərgiləri təşkil edilmiş, şəhər və rayonlar-
da keçirilən xalq yaradıcılığı günlərində
tətbiqi sənət nümunələri nümayiş etdi-
rilmişdir. Bu sahədə fəaliyyətin mühüm
istiqamətlərindən biri də muxtar res-
publikamızda xalça sənətinin gənclərə
öyrədilməsindən ibarətdir. Naxçıvan
Dövlət Universitetində tələbələrin toxu-
ma və əl işlərindən ibarətmüxtəlif sərgilər
keçirilir, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi
yanında Naxçıvan Regio-
nal Peşə Tədris Mərkəzində
“Toxuculuq” və “xalçaçılıq”
üzrə peşə kursları fəaliyyət
göstərir. Naxçıvan Qızlar
Liseyində yaradılmış “xalça-
çılıq” dərnəyində şagirdlər
qədim xalq sənətinin əsas
növləri ilə tanış olur, xal-
çatoxuma
dəzgahlarında
ilməvurma və xalçaların to-
xuma texnologiyasına, kilim
və palaz toxuma vərdişlərinə
yiyələnirlər.
Bütün bunlar muxtar respublikamızda xalq yaradıcılığına, xalq sənətlərinin qorunmasına
və inkişafına nə qədər böyük diqqət və qayğı göstərildiyindən xəbər verir. 2011-ci il dekabr
ayının 29-da keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dör-
düncü sessiyasında Ali Məclisin Sədri 2012-ci ili muxtar respublikada “Milli dəyərlər ili”
elan etmişdir. Belə bir dövrdə, “Milli dəyərlər ili”ndə “Azərbaycan xalçaları: Naxçıvan qru-
pu” broşürünün nəfis tərtibatla nəşr olunması və ictimaiyyətə təqdim edilməsi xalqımızın
milli dəyərlər xəzinəsinə mühüm töhfədir. Şübhəsiz ki, bu broşürün Azərbaycan xalçaçı-
lıq sənətinin inkişafında və elmi-tədqiqat işlərinin aparılmasında mühüm rolu olacaqdır.
Əli Həsənov broşürün hazırlanmasında əməyi olanlara Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin təşəkkürünü çatdırmış, milli dəyərlərimizə verdiyi yüksək qiymətə, xalq
sənətinin inkişafına göstərdiyi qayğıya görə mərasim iştirakçıları adından Naxçıvan Mux-
tar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Sonra çıxış edən AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-
nın müxbir üzvü, professor Yaqub Mahmudov demişdir ki, “Azərbaycan xalçaları: Nax-
çıvan qrupu” broşürü ümumilikdə Azərbaycanın tarixinin, Naxçıvanın qədim və zəngin
mədəniyyətinin, o cümlədən xalçaçılıq sənəti tarixinin öyrənilməsi işinə mühüm töhfədir.
Qeyd olunmuşdur ki, bu gün təqdimat mərasimi keçirilən “Azərbaycan xalçaları: Nax-
çıvan qrupu” broşürü saxtakarlıq və oğurluq yolu ilə Azərbaycanın mədəniyyət inciləri
AMEA-nın müxbir üzvü,
professor Yaqub Mahmudov
AMEA Naxçıvan Bölməsinin sədri,
akademik İsmayıl Hacıyev
1...,21,22,23,24,25,26,27,28,29,30 32,33,34,35,36,37,38,39,40,41,...204