43
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Əfsanəyə görə rahiblər burada Attilanın nəvələrini romalıların
təqibindən gizlədirmişlər. Bunu təsdiqləyən tarixi sənədlər və ya
məlumatlar yoxdur. Maraqlıdır, Hun imperiyasının vəliəhdlərinin
Qafqaz Albaniyasındakı monastırda gizlədilməsi ehtimalı haradandır?
Eramızın V əsri. 453-cü il. Böyük Hun imperatoru Attila Burqund ha-
kiminin gözəl qızı İdikoyla evlənir. Sərkərdə elə toy gecəsi, yataqdaca
müəmmalı şəkildə dünyasını dəyişir. Attilanın ölümündən sonra Hun
imperiyasının əhatə etdiyi xalqlar baş qaldırdılar. Alman qot tayfala-
rı onun oğlu Ellakı öldürdülər. Həmçinin Attilanın bir neçə dəfə yü-
rüş edib, taladığı Bizans da öz qorxunc düşmənlərindən azad oldu,
hunlara və Attilanın hakimiyyətə gəlmiş oğullarına qarşı siyasətini
dəyişdi. Bizans Attilanın oğulları ilə bağladığı müqavilələri pozdu.
Əzəmətli sərkərdənin sağ qalan oğulları İrnik və Dəngizik Bizansa
qarşı müharibə elan etdilər. Dəngizik bu müharibədə öldürüldü. Atti-
lanın ölümündən sonra yaranmış vəziyyətdə onun nəvələri ancaq türk
xristian torpağına pənah gətirə bilərdi. Burada böyük fatehə və onun
nəvələrinə ehtiram əlaməti olaraq monastırda 6 sövməə tikildi.
Tarixi təsadüflər bu əfsanənin xeyrinə işləyir: həmin dövrdə, yəni V
əsrin sonu, VI əsrin əvvəllərində Qafqaz Albaniyasının bəzi əyalətləri
şimaldan axışıb gələn türkdilli tayfaların məskəninə çevrilmişdi. Bu
tayfaların arasında ən fəalı hunlar idi. Qəribə olan budur ki, hun tay-
faları burada xristianların deyil, qeyri-xristian əhalinin, köhnə din
pərəstişkarlarının havadarları kimi çıxış edirdilər. Yazılı tarixdə hun-
ların hətta kilsələri, xristian dini ilə bağlı kitabları yandırdıqları barədə
məlumatlar da var. Belə olan halda, alban rahiblərini hun vəliəhdlərini
qorumağa nə vadar edirdi?
Bəlkə rahiblər Sasani hökmdarlarının sifarişini yerinə yetirirdilər?
Axı bu da məlumdur ki, Bizans hökmdarları və Sasani şahları lazım
1...,35,36,37,38,39,40,41,42,43,44 46,47,48,49,50,51,52,53,54,55,...204