42
att İ L a
Qax. Ləkit kəndi. Kötüklü kəndinə gedən yolun kənarında, meşənin içində
mamır, kol-kos basmış xarabalıq. Bu daş-divar qalıqları adi bir tikilinin deyil,
müəyyən sistemli bir kompleksin qədim əzəmətinin qalıqlarıdır. Bura Yeddi
kilsə adlanan qədim monastırdır. Tarixçilər bu tikilinin ilkin tarixinin VII əsrə
aid olduğunu desələr də, arxeoloji qazıntılar nəticəsində onun daha qədim za-
manlarda, V əsrdə tikildiyi məlum olub.
xristianlığın yayılması ilə rahiblik də təşəkkül tapır.
Müxtəlif təriqətlər yaranır, qadın və kişi monastırları tikilirdi. Elə təkcə Qara-
bağ ərazisində üç mindən çox tərki-dünya rahib yaşayırdı.
Yeddi kilsə adlanan monastır kompleksinin inşası da həmin dövrə təsadüf
edir. Bu monastırda yaşamış alban rahibləri dini ayinlərin icrası və ibadətlə
məşğul olublar. Monastır daxilindəki tikililərin araşdırılması onların burada
bir növ natural təsərrüfat həyatı keçirdiklərini göstərir. Taxıl saxlanması üçün
yeraltı anbar, təsərrüfat küpü, təndir deyilən fikrin təsdiqidir.
Ətrafa,meşənin içinədoğrusəpələnənçoxlusayda iri daşlarmonastır həyətinin
bir vaxtlar divarlar ilə əhatələndiyindən xəbər verir. Monastırın həyətinə iki
yerdən qapı var. Tarix, həmçinin Şərq tərəfdəki dağın üstündə, hazırda Kilsə
Qala adlandırılan müdafiə qalasının daş izlərini də bu günə qədər saxlayıb. Mo-
nastırın tədqiqi zamanı daha bir neçə tikili aşkarlanıb. Bir zamanlar kompleksin
yerləşdiyi dağın şərq və qərb qolları üstündə müşahidə məntəqəsi rolunu oyna-
yan sövməələr, təhlükə zamanı gizlənmək üçün bir neçə yeraltı sığınacaq komp-
leksin əzəmətini göstərir. Bu sövməələr bu gün də qalır. Burada nə gizlənib?
Arxeoloji qazıntılar zamanı tapılan sümüklər göstərir ki, dəfn mərasimi xüsusi
ehtiramla aparılıb. Burada kimlər dəfn olunub və niyə belə ehtiramla? Albaniya
boyunca səpələnmiş monastırların heç birində bu memarlığın analogiyası yox-
dur. Sirli 7 rəqəmi, 7 kilsə, Ləkit kəndi hansı sirri daşıyır? Bu suala yerli əhalinin
əfsanəsi cavab verir. Burada Attilanın nəvələri dəfn edilib. Acını-xaçı müdafiə
edən fatehin izi ilə Qədim türk xristian yurdu Albaniyanın ən sirli ərazisi Qaxı
dolandıqca bu rəvayət gerçəyə çevrilir.
1...,34,35,36,37,38,39,40,41,42,43 45,46,47,48,49,50,51,52,53,54,...204