132
- Dekorativ-tətbiqi sənətlə nə vaxtdan maraqlanmağa başlamısınız?
- Uşaqlıq vaxtımdan. Anamın gözəl əl qabiliyyəti var. Rəssam­lıqla və tikmə
ilə məşğul olur. Uzun illər tikiş fabrikində sex müdiri işləyib. Mən də elə
onun əlinə baxıb bu sənətlərə həvəs göstərmişəm. Amma sonda tikməni yox,
xalçaçı-rəssamlığı seçdim. O vaxt televiziya verilişlərinin birində xalq rəssamı
Lətif Kərimov emalatxanasında xalça toxuyaraq bu sənətin incə­liklərindən
danışırdı. Mən onda bu insanın Lətif müəllim olduğunu hələ bilmirdim. O,
xalçaya elə qayğı ilə yanaşırdı ki, sanki övladıdır. Ekranda gördüklərim məni
elə ovsunladı ki, ömürlük xalça sənətinə bağlandım. Xalçada Azərbaycana xas
musiqini, rəqsi, tarixi hiss etdim, duydum. Qərara gəldim ki, xalçaçı-rəssam
olum. İlk ustadım Cavanşir müəllim olub. Məhz o, mənə bu sənətin ağırlı-
ğına tab gətirməyə kömək edib. O, bizə ornamentlərin, naxışların, rənglərin
dilini, xalçaya canlı varlıq kimi baxmağı, onun enerjisini hiss etməyi öyrətdi.
Ümumiyyətlə, xalçaçılıq sənətini bu dərəcədə sevməyimdə müəllimlərimin
böyük rolu olub. Xalça aləminə daxil olduqca anladım ki, adi həyatdan ayrı,
gözəl bir dünya varmış. Sonradan “Azər-İlmə” xalçaçılıq müəssisəsində,
“Azərxalça”da işləmək də mənə böyük məktəb oldu.
- Xalçaçı-rəssam kimi ən parlaq əl işləriniz hansılardır?
- Xalça elə bir aləmdir ki, adamı özünə cəlb edir. Başın işə qarışır, xalça hazır
olanda isə görürsən ki, üç-dörd il keçib, xəbər tutmamısan. İki böyük əl işim
var: “Məhəbbət dastanı”, “Əcdadların izi ilə”. “Məhəbbət dastanı” əsərində
bütün canlıların məhəbbətindən danışılır. Xalçanın mərkəzində ud çalan, das-
tan danışan oğlan təsvir olunub. Digər tərəfdə gənc oğlanla qızı görmək olar.
Qız tərəfdə gül açan ağac, oğlan tərəfdə isə sərv ağacı təsvir etmişəm. Bu-
rada ağacların bir-birinə olan məhəbbətini göstərmişəm. İçərisində ceyranlar
əks olunan on iki islimi isə torpağı simvolizə edir. Ud çalan oğlanın danışdığı
məhəbbət dastanından torpaq canlanır və yeni həyat başlayır. Milli-mənəvi
dəyərimiz olan muğamımızı da xanəndə və kamançaçalan oğlanın timsalında
göstərmişəm. Xalçanın bir hissəsində isə kitab oxuyan oğlan və onu dinləyən
qız təsviri var. Yəni əsrlər keçir, ud çalan oğlanın danışdığı sevgi hekayəsi das-
tana çevrilir və indi bu oğlanla qız o dastanı oxuyurlar. Kətəbələrin, “göllərin”
1...,124,125,126,127,128,129,130,131,132,133 135,136,137,138,139,140,141,142,143,144,...204