134
miyasında işləyəndə Sona müəllimə mənə
batik sənətini öyrətdi. Batiki ipək üzərində
işləyəndə çox gözəl alınır. Bu sənət də mənə
çox doğma gəlir. Bəlkə də, kökümüzdən
gəldiyinəgörədir. Batik—kəlağayıdankeçmə
bir sənətdir. “Batik” termini əcnəbi sözdür.
“Kəlağayı” sözü isə bizə məxsusdur. “Kəl
ayağı” sözündəndir. Keçmişdə gənc oğlan-
lar həddi-büluğa çatanda güclərini sınamaq
üçün kəl ilə döyüşərdilər. Həmin igid əgər
kəlin kürəyini yerə vururdusa, kəlin ayağı-
nı ipək parça, yəni, kəlağayı ilə bağlayardı.
Kəlağayı çox zərif, incə parçadır. Mən də
onun üstündə işləmək qərarına gəldim. Fır-
çanı boyaya batıraraq, parçanın üstünə vu-
randa elə maraqlı rəsmlər, formalar alınır ki,
sanki, fırça sehrli çubuqdur. Çox maraqlı ça-
larlar, palitralar yaranır. Ba-
tik o qədər əlverişli texnika-
dır ki, onda zərif gülləri də,
daş təsvirlərini də vermək
olur. Batikdən sonra qobe-
leni öyrənməyə başladım.
Qobelen xalça sənətinə
yaxındır. Fərqli cəhətləri
odur ki, xalça müəyyən bir
formada toxunur. Həm də
xalçanın dili fəlsəfi naxışlar,
ornamentlərdir. Burada elə
rənglər var ki, bir-birini in-
kar edir. Məsələn, qara rəng,
sanki, ağsaqqaldır. Necə ki
ağsaqqal evə girəndə hamı
susub özünü yığışdırır, xal-
çada da qara rəng digər rəngləri yerinə
otuzdurur. Xalçada qara və sürməyi rəng-
lər olmayanda isə o bir az "yüngül" görü-
nür. Amma qobelendə nə istəsən etmək
olar, sərbəstlik var.
- İşə başlayanda bəlli bir plan üzrə
hərəkət edirsiz, yoxsabunlar işprosesində
yaranır?
- İncəsənət əsərini elə yaratmaq lazım-
dır ki, tamaşaçı üçün müəllifin izahatı-
na ehtiyac qalmasın. Ona görə də sənət
əsərləri bir-iki günə yaranmır, buna ay-
lar, illər tələb olunur. Əsəri başlayanda
fikirlərin bir cür olur, bitirəndə isə tamam
başqa şey alınır. Əks halda, deməli, usta-
da inkişaf getməyib. Sənətkar daim inkişaf
etməli, hətta yeni sənət növlərinə də meyil
etməlidir. Mən hazırda dəmirdöymə sənəti
ilə də məşğulam. Dəmirdöymənin də öz dili
var. Burada xalça kimi xırdalığa, batik kimi
sərbəstliyə getmək olmur, qobelen kimi rəng
müxtəlifliyi də yoxdur. Materialın özü sənə
hansı formaya düşmək istədiyini diktə edir.
Mən sənət əsərlərini qısqanc və şıltaq qadına
bənzədirəm. Nə çox sıxışdırmaq olur, nə də
əl çəkmək. Dəmir elə metaldır ki, bərk vu-
randa deşilir, asta vuranda naxışlar alınmır.
Digər sənət növlərinin də öz şıltaqlıqları var.
Son vaxtlar qrafika ilə də məşğul oluram.
Daha çox gül təsvirləri işləyirəm. Baxmaya-
raq ki qrafikada müxtəlif rənglərdən istifadə
etmək mümkün deyil, amma təsviri sənətin
bu növü ilə gözəl və canlı rəsmlər yatarmaq
olar.
1...,126,127,128,129,130,131,132,133,134,135 137,138,139,140,141,142,143,144,145,146,...204