133
ətrafını buludlarla işləmişəm. Bulud su və saflıq rəmzi kimi göstərilib. Simvolik olaraq bu-
ludlar bu sevgini şər qüvvələrdən qoruyur.
- Bəs “Əcdadların izi ilə” nədən bəhs edir?
- Bu adın bir tarixçəsi var. Əl işlərimi satdığım dükana da “Əcdadların izi ilə” adını qoy-
muşam. Təhsil aldığım illərdə oxuduğum kitablardan birinin adı “Əcdadlarımızın izi ilə”
adlanırdı. Bu kitab məni elə ovsunladı ki, magistr pilləsində buraxılış işimin adını mütləq
“Əcdadların izi ilə” qoyacağıma qərar verdim. Elə də oldu. Bu xalçanın mərkəzində
ətraflarında butalar olan böyük göl təsvir etmişəm. Hər buta Azərbaycanın bir xalça
məktəbini təmsil edir. Bu xalça qarışıq texnikada — yəni həm xovlu, həm xovsuz toxunub.
Kənar haşiyələrindən tirmə gedir. Bala haşiyələrdə tirmələri körpü kimi vermişəm. San-
ki, bu körpü keçmişlə bu günümüzü birləşdirən vasitədir. Ana haşiyədə kətəbələr təsvir
etmişəm. Xalçaya zili, şəddə, kilim, vərni, cecim, palaz kimi xovsuz xalçaların hər birindən
fraqmentler salmışam. Kətəbələrin də özü xovsuz, yerlikləri isə xovludur. Sanki, xalçada
kimlərinsə ayaq izləri var. Yəni indi biz əcdadların izi ilə gedirik. Azərbaycan xalçaçılığı
inkişaf etdikcə bu sənətin nümayəndələri tarixdə iz qoyaraq gedirlər.
- Siz dekorativ-tətbiqi sənətin digər növləri ilə də məşğul olursunuz...
- Elədir.Uşaqlıqda tikmə sənətini öyrənmişdim. Tikməninbir neçənövünü—naxış tikməni,
xaç tikməni bilirəm. Sonralar plastilinlə işləyirdim, bu da mənə gələcəkdə gillə işləməyə
kömək etdi. Təhsil aldığım illərdə əvvəl hobbi kimi, sonra isə ciddi şəkildə keramika ilə
məşğul olurdum. Daha sonra heykəltəraşlıqla maraqlanmağa başladım. Rəssamlıq Akade-
1...,125,126,127,128,129,130,131,132,133,134 136,137,138,139,140,141,142,143,144,145,...204